6 noyabr 2013 00:14

Bakı-2015-də bizi hansı atıcılar təmsil edəcək?

Biləcəri qəsəbəsində yerləşən Stend Atıcılığı İdman Kompleksi yenidən qurulur. Azerisport.az xəbər verir ki, bundan sonra həmin bazada təkcə bir idman növü fəaliyyət göstərməyəcək. Bakı-2015 ilə əlaqədar bu qurğuda güllə atıcıları da toplaşacaqlar.
 
Gənclər və İdman Nazirliyindən verilən məlumata görə, tikinti işləri beynəlxalq tələblərə cavab verir. Kompleksdə 25 və 50 metr məsafəli açıq tir, 10 metrdən atəş proqramına uyğun qapalı tir inşa olunur.
 
20-25 dekabrda paytaxtda Bünyadovun xatirəsinə beynəlxalq turnir keçiriləcək. 10 (kiçik çaplı tapança) və 25 metr (pnevmatik tapança) məsafələrə atəş proqramı “Neftçi” İSM-in Suraxanıda yerləşən bazasında, 50 metrlik (pnevmatik tapança) nişangah ADBTİA-nın tirində təşkil olunacaq.
 
Milli komandanın məşqçisi Vladimir Lunyov əməkdaşımıza deyib ki, gələn mövsüm onları ciddi sınaqlar gözləyir. Bütün hazırlıq isə, ilk Avropa oyunlarına hesablanıb:
 
“Kişi komandamızda yeni nəsil yetişir. Bir neçə perspektivli gənc var. Bunlar Rəsul Məmmədov, Xəlil Xəlilov və Urfan Axundovdu. Onlar, çox cüman, Avropa oyunlarında mübarizə aparacaqlar. Bundan savayı, təcrübəli Ruslan Lunyov da bizə kömək edəcək.
 
Qadınların yarışında olimpiya mükafatçısı İradə Aşumova çıxış edəcək. O, Bakıda Rio olimpiadasına lisenziya qazanmaq niyyətindədi”.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.