1 noyabr 2013 16:10
Bakı-2015-in loqotip və maskotu noyabrda təqdim ediləcək
Bu ilin noyabrın ayının 23-də 2015-ci ildə Bakıda keçiriləcək Avropa oyunlarının loqotip və maskotunun rəsmi təqdimatı baş tutacaq. Azerisport.az xəbər verir ki, təqdimat mərasimi Bakı və Romada keçiriləcək.
Çox güman ki, loqotip iki futbol klubunun formasında da əks olunacaq. Bu klubların İspaniyanın “Atletiko” və Fransanın “Lens” komandaları olacağı təxmin edilir.
