30 oktyabr 2013 18:45
AOK nədən narazı qalıb?
Bakı-2015-ə hazırlıqla yaxından tanış olmaq üçün, ölkəmizdə səfərdə olan Avropa Olimpiya Komitəsinin müşahidə qrupu, yeni tikilən və qurulan idman qurğuları ilə tanış olub. Azerisport.az xəbər verir ki, qonaqlar yerli əməliyyat komitəsi tərəfindən edilmiş irəliləyişi qiymətləndirərək, işdən məmnun qaldıqlarını deyiblər.
AOK-u razı salmayan yeganə məqam mehmanxanalarla bağlı olub. Ali qurumun koordinasiya komitəsinin sədri Spiros Kapralosa KİV nümayəndələri ilə görüşdə bildirib ki, qonaq evləri sarıdan sıxıntı var:
“Otel mövsuzunda çatışmamazlıq var. Say yetərincə deyil. Amma biz təklif edə bilmərik ki, təşkilatçılar yeni mehmanxanalar tiksinlər və Avropa oyunlarından sonra onlar boş qalsınlar. İş gedir. İnanıram ki, Bakı-2015-ə gələn qonaqlar, buradan razı gedəcəklər”.
