29 oktyabr 2013 11:50
“Bakı-2015-də üzərimizə böyük məsuliyyət düşür”
“London olimpiadasından sonra zədəmi müalicə etdirməyimlə əlaqadər, bir çox yarışlarda çıxış edə bilmədim. İndi vəziyyətim yaxşıdır. Gələn mövsümdən məşqçilər korpusunun qərarını gözləyəcəyəm. Hansı yarışda iştirakımı məqsədəuyğun saysalar, orada da çıxış edəcəyəm”. Bunu azerisport.az saytına açıqlamasında yunan-Roma güləşçisi Emin Əhmədov deyib.
Olimpiya oyunlarının bürünc mükafatçısının sözünə görə, o, 2015-ci ildə Bakıda keçiriləcək ilk Avropa oyunlarında da fərqlənmək niyyətindədi:
“Avropa olimpiadası vətənimizdə təşkil ediləcəyindən, üzərimizə böyük məsuliyyət düşür. Ev sahibi olduğumuz üçün, həm yarışda yaxşı çıxış etməli, həm də birinci yeri tutmalıyıq ki, Rio-2016-ya lisenziya qazanaq. Demək, var gücümüzlə çalışıb, bu ciddi sınaqdan üzüağ çıxmalıyıq”.
