29 oktyabr 2013 18:25
Patrik Hikki: Bakı-2015-də atletikanın olmasını çox istərdim
Bakıda səfərdə olan Avropa Olimpiya Komitəsi prezidenti Patrik Hikki, Bakı-2015-ə daxil olacaq idman növlərindən danışıb. Azerispor.az xəbər verir ki, ali qonaq, qitə olimpiadasını “kraliça”sız mümkünsüz hesab edir.
“Atletikanın ilk Avropa oyunlarının proqramına salınması üçün ilyarımdır müzakirə aparırıq. Bakıda gördüyümüz işlər bizi heyran edir. Buradakı inkişaf imkan verir ki, geri qayıdan kimi, Beynəlxalq Atletika Federasiya ilə bir daha söhbət edək”.
