29 oktyabr 2013 17:29
Azad Rəhimov: Bakı-2015-ə hazırlıq qrafik üzrə uğurla aparılır
“İlk gün ərzində Avropa Olimpiya Komitəsinin Koordinasiya Komitəsi ilə vacib müzakirələr apardıq. Qısa müddətdə Bakı-2015-in hazırlığında böyük irəliləyiş var. Azərbaycan tarixində bu tədbir böyük rol oynayacaq”.
Azerisport.az xəbər verir ki, bunu gənclər və idman naziri Azad Rəhimov deyib. Onun sözünə görə, poan üzrə gedir və hər şey qaydasındadır:
“İş qrafikə uyğun, uğurla aparılır. 90 faiz idman qurğularımız gələn sonunda istifadəyə hazır olacaq. 2 böyük arenamız - Olimpiya stadionu və Su idmanı kompleksi 2015-ci ilin fevralın 1-də təhvil veriləcək. Əminəm ki, Avropa oyunlarını vaxtında keçirməyə nail olacağıq.
Bundan savayı, Gələn il Romada keçiriləcək AOK-un konqresində Bakı-2015 ilə bağlı tam məlumat veriləcək. Soçi qış olimpiadasında xüsisi qonaqpərvərlik tədbirində, paytaxtımızdakı tədbirdə danışılacaq”.
