29 oktyabr 2013 17:05
Patrik Hikki: Bakı-2015-in hazırlığından razıyam
“İlk Avropa oyunları möhtəşəm tədbirdir. Bu olimpiada yeniliyi ilə fərqlənir. Əminəm ki, sonu da uğurla bitəcək”. Azerisport xəbər verir ki, bunu paytaxtımızıda səfərdə olan Avropa Olimpiya Komitəsinin prezidenti Patrik Hikki deyib.
Qonaq, bu gün “Alov qülllələrində” təşkil olunmuş mətbuat konfransında, Bakı-2015 üçün görülən işlərdən razı qaldığını dilə gətirib:
“Altı ay əvvəl burada ilk görüşümüz oldu. Bizə bildirdilər ki, tədbir yüksək səviyyətə keçirilcək. Görürəm, ötən vaxt ərzində xeyli iş görülüb. Avropa oyunlarının hazırlığında irəliləyiş açıq-aydın nəzərə çarpır. Gedişatdan razıyam”.
