29 oktyabr 2013 15:53
Avrooyunların sponsoru gələn ilin aprel ayına müəyyənləşəcək
Bakı Avropa oyunlar-2015-in sponsorları 2014-cü ilin aprel ayında müəyyənləşəcək. Azerisport.az xəbər verir ki, bu haqda Operasiya Komitəsinin rəhbəri Cim Şerr məlumat verib.
“Yarım ildən sonra təşkilat komitəsinin növbəti iclası keçiriləcək. Ümid edirəm ki, bu vaxta qədər daha böyük iş görüləcək. O zaman biz yarışın sponsorlarını ilə müəyyənləşəcəyik. Onların axtarışı bütün dünya üzrə keçiriləcək”.
