28 oktyabr 2013 14:30
Bakı-2015-in bütün idman obyektləri
Bakı Avropa oyunları 2015-in təşkilat komitəsi (BEGOC) yarışın keçiriləcəyi idman obyektlərinin siyahısını açıqlayıb. Azerisport.az xəbər verir ki, bunların bəzilərində hazırda təmir işləri gedir.
1. Olimpiya stadionu: burada oyunların açılış və yekun mərasimi keçiriləcək.
2. Milli gimnastika arenası: idman gimnastikası, bədii gimnastika, batutla tullanmalar, akrobatika, idman aerobikası
3. Beynəlxalq su mərkəzi: üzgüçülük, suya tullanmalar, sinxron üzgüçülük.
4. Baku Crystal Hall: voleybol, qılıncoynatma, taekvondo, boks, karate.
5. Bakı idman sarayı: badminton, stolüstü tennis.
6. Tofiq Bəhramov adına stadion: Ox atıcılığı.
7. Heydər Əliyev adına idman-konsert kompleksi: cüdo, güləş.
8. Bakı atıcılıq mərkəzi: güllə atıcılığı.
9. Velopark: mauntinbayk, BMX.
10. Mingəçevir avarçəkmə bazası: baydarka və kanoedə avarçəkmə.
Həmçinin, bəzi idman növləri üçün müvəqqəti obyektlər hazırlanacaq. Su polosu, çimərlik futbolu, çimərlik voleybolu, 3X3 basketbol üçün arenalar Beynəlxalq su mərkəzinin yaxınlığında olacaq.
Triatlon üzrə yarışlar Ramada oteli yaxınlığında başlayacaq və təxminən Bayraq meydanı yaxınlığında başa çatacaq. Burada həm də veloidman (vaxta görə və şose ilə) üzrə yarışların finiş xətti təxmin edilir.
