27 oktyabr 2013 12:31

Yaşar Bəşirov: Avropa oyunlarında minimum bir qızıl medal qazanacağıq

WKF növündə çıxış edən karateçilərimiz üçün cari mövsüm çox uğurlu keçib. Seçmə komandamız bir neçə mötəbər yarışda Vətənə böyük qələbə ilə dönüb.
 
Amma qarşıda kimono ustalarımızı daha ciddi sınaq gözləyir. Bu, Bakıda keçiriləcək 1-ci Avropa oyunlarıdı. Qeyri-olimpiya idman növü olan karatenin “dördilliy”in proqramına salınması şərq döyüşçülərimizi çox sevindirir.
 
Azerisport.az saytına müsahibəsində Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirov sözügedən uğurlardan danışıb, yığma komandanın gələcək planlarını açıqlayb:
 
- Bu günlərdə Sankt-Peterburqda keçirilmiş Döyüş idman növləri üzrə dünya oyunlarında iştirak etdik. Nəticəmiz çox uğurlu oldu. Gözləmədiyim halda, idmançımızın hər ikisi qızıl medal qazandı.
Rafael Ağayevin fərqlənəcəyinə əmin idim. Amma Şahin Atamovun fəxri kürsünün ən yüksək pilləsinə çıxmasını ehtima etmirdim. O, müsbət 94 kq-da çıxış edirdi. Bu çəkidə uğur qazanmaq asan deyil. Sevindiricidi ki, Atamov ötən ay İndoneziyada keçirilmiş İslam olimpiadasında finalda uduzduğu idmançıya, bu dəfə həlledici döyüşdə qalib gəldi.
 
- İslam oyunlarından söz düşmüşkən, karateçilərimiz bu mötəbər yarışda da yüksək səviyyədə çıxış etdilər. Demək, cari mövsüm sizlər üçün uğurlu keçib.
- İslam olimpiadasında həm komanda, həm də şəxsi yarışda qızıl medal qazandıq. Sevinirəm ki, bu oyunlarda ümumi hesabda qənaətbəxş yer tutmağımızda karateçilərin də böyük payı oldu.
 
- Karatenin WKF növü 2015-ci ilə Bakıda keçiriləcək ilk Avropa olimpiadasına salınıb. Bu, olimpiya millimizin yüksək yerlər tutması imkanını artırır; karateçilərimizi daha məsuliyyətli olmağa vadar edir. Komandanın vəzifəsinin öhdəsindən layiqincə gəlməsini istiqamətində hansı yeni planınız var?
- Bəli, bizim qarşımıza tapşırıq qoyulub və biz bu məsuliyyəti dərk edirik. Ölkə başçısı cənab İlham Əliyevlə görüşərkən, o, məndən soruşdu ki, Yaşar Bəşirovun rəhbərlik etdiyi federasiya hansı nəticəni verə bilər? Mən də, cavabımda, “Allah qoysa, minimum bir qızıl medal qazanacağıq”, söylədim. Niyə də, əmin olmayım! Azərbaycanın Rafael Ağayev kimi dünyada “bir nömrə”li karateçisi var.
 
- Yaşar müəllim, uğur qazanmaq çətindisə, onu qorumaq ondan da çətindi. Karate komandamız dünyada favoritlərdən sayılır. Amma idmanın eniş-yoxuşu da olur. O vaxta qədər belə yüksək tempdə qala biləcəksinizmi?
- Bu zirvədə qalmaq üçün, yüksək səviyyədə qayğı da lazımdı. Belə dəstəyi bizə Beynəlxalq bank göstərəcək. İnanıram ki, sonda vəzifəmizin özdəsindən gələcəyik.
 
- Sizin üzv olduğunuz beynəlxalq federasiyanın olimpiya proqramına salınması ehtimalı qalır. Maraqlıdı, bu istiqamətdə indi vəziyyət necədi?
- İlk addım atıldı: WKF növü ilk Avropa oyunlarının proqramına daxil edildi. Ola bilsin, 2020-ci ildə yaponlar bir daha cəhd etdilər. Bizim inam həmişə qalır.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.