20 oktyabr 2013 12:45

Bakı ilk Avropa Oyunlarına qalan 600 günü qeyd edir!

Bu gün Azərbaycan paytaxtı Avropa Oyunlarının 2015-ci il iyunun 12 –də Bakıda keçiriləcək açılış mərasiminə qalan 600 günü qeyd edərək ilk vaxt hesablanmasına başlayır. Azerisport.az xəbər verir ki, Avropa Oyunları Avropanın 49 milli Olimpiya dövlətindən olan elit atletlər üçün çox idman növlü tədbirdi və dörd ildə bir dəfə keçirilir.
 
Bu Oyunlar Avropa Olimpiya Komitəsi tərəfindən təşkil olunur. Ümumilikdə 18 idman növü üzrə təxminən 5600 idmançının iştirakı gözlənilən "Bakı-2015" Avropa Oyunları Beynəlxalq idman məkanında ən mühüm tədbirlərdən biri olacaq.
 
Yarışları qəbul edən şəhərin hazırlıq işləri “Bakı-2015” Oyunları üçün 21 stadion və qurğuların əksər hissəsinin tikinti və struktur planlaşdırması işində xeyli irəliləyişlə, cədvələ uyğun gedir.
 
“Bakı-2015” tədbiri üçün nəzərdə tutulan yerlər “Eurovision-2012” mahnı yarışmasını qəbul etmiş əfsanəvi “Baku Crystal Hall”u , yeni Beynəlxalq Üzgüçülük Mərkəzini və 65000 yerlik müasir stadionunu əhatə edir. Avropa Oyunları üçün nəzərdə tutulan “Atletlər Kəndi”nin tikintisi sürətlə gedir. Kənd artıq Oyunların təcrübəli məsləhətçiləri və planlaşdırma məsələlərinə məsul şəxsləri tərəfindən elit atletlər üçün dünyanın idman tarixində hazırlanmış ən yaxşı qəbul və hazırlıq qurğularından biri hesab edilir.
 
“Alov Qüllələri” kompleksi və İraq mənşəli britaniyalı memar Zaha Hadidin müəllifi olduğu Heydər Əliyev Mərkəzi kimi digər rəmzi məkanlar idmana xüsusi fon yaradacaq.
 
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bununla bağlı açıqlama da yayıb: “Bakı sakinləri və bütöv Azərbaycan Avropadan gələcək atletləri, rəsmiləri, mətbuat mənsublarını və tamaşaçıları salamlamağı səbirsizliklə gözləyir. Məqsədimiz Azərbaycanın, qəbul edən şəhərin və xalqın səmimiyyətini və qonaqpərvərliyini nümayiş etdirmək və idman, biznes və turizm üçün yeni istiqamət kimi təqdim etməli olduğumuzu göstərməkdi. Avropa Olimpiya Komitəsi və idman federasiyaları ilə iş apararaq, biz idmanı yeni format və quruluşda göstərəcəyik və yeni mühüm idman və mədəni tədbir təqdim edərək, Avropa Oyunlarını dünya səhnəsinə çıxaracağıq”.
 
“Bakı-2015” tədbiri üçün bu günədək təsdiqlənmiş yarışlar Olimpiya idman növü sayılan üzgüçülük, dayvinq, velosiped idmanı, boks, gimnastika, eləcə də gələcək mühüm idman tədbirləri üçün gözəl nümunə olan basketbol 3x3 və çimərlik futbolu kimi idmanın yeni formatını əhatə edir.

Похожие новости

Bakı-2015 19 iyul

Səbuhi Qarayev: Qəbələ idmançıları ümidlərimizi doğrultdular

“Qəbələ” İdman Klubu (İK) nəzdində futboldan başqa digər idman bölmələri yaradıldıqdan sonra, yəni 2013-cü ildən indiyədək müxtəlif səviyyəli beynəlxalq yarışlarda təmsil olunub
Bakı-2015 14 iyul

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı

Neftçinin idmançıları SOCAR-ın prezidenti tərəfindən mükafatlandırıldı
Bakı-2015 02 iyul

Bakı-2015 və BP rəsmiləri Oyunlar Akademiyasının məzunlarına sertifikatlarını təqdim etdilər

Bakı 2015 və BP şirkətinin rəhbər şəxsləri, bir illik yenilikçi və səmərəli tədris proqramını uğurla başa vuran, Azərbaycan və Avropanın müxtəlif yerlərindən olan 188 universitet məzununa sertifikat təqdim etdilər.
Bakı-2015 02 iyul

Ulduz Elçilər Bakı 2015-in uğurundakı mühüm rollarına görə qiymətləndirildilər

Bakı 2015-in Ulduz Elçiləri bu səhər BAOƏK-in baş ofisində keçirilən mərasimdə ilk Avropa Oyunlarının uğuruna verdikləri mühüm töhfəyə görə qiymətləndirildilər.
Bakı-2015 30 iyun

Avropa Oyunlarındakı 56 medaldan 16-sı Neftçi İK-ya məxsusdur

Bakı-2015 Birinci Avropa Oyunlarına yekun vuruldu.
Bakı-2015 30 iyun

İlham Əliyev Mehriban Əliyevanı, Azad Rəhimovu və çempionları mükafatlandırdı

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci xanım Mehriban Əliyevanın “Heydər Əliyev” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb
Bakı-2015 29 iyun

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib

Bolqarıstan Prezidenti Bakı-2015-in bağlanış mərasimində iştirak edib
Bakı-2015 29 iyun

Bağlanış Mərasimində nələr oldu?

Bakı 2015 Avropa Oyunlarının Bağlanış Mərasimi ötən gecə dünyada tamaşaçılar tərəfindən alqışla qarşılandı və Ceyms Hadleyin rəhbərlik etdiyi şou Azərbaycanın müxtəlif rənglər, insanlar, ənənələr və təsirlərlə zəngin palitrasını özündə əks etdirdi.
Bakı-2015 29 iyun

Mehriban Əliyeva: Avropa Oyunlarının ölkəmizdə keçirilməsindən qürur duyuruq

Bakı 2015 Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri, ölkənin birinci xanımı Mehriban xanım Əliyeva “Avropa Oyunlarını unudulmaz idman festivalı olmasında” əməyi keçən hər kəsə təşəkkürünü çatdırıb.