19 oktyabr 2013 13:34
Fariz Məmmədov: Avropa oyunlarında qalib olmaq istəyirəm
“Rio olimpiadasına yollanmaq fikrində qətiyəm. Özümü orada yüksək yerlərdə görürəm”. Bunu azerisport.az saytına müsahibəsində peşəkar boksçu Fariz Məmmədov deyib.
Titullu idmançının sözünə görə, ilin sonunda paytaxtda böyük tədbir keçiriləcək. Güclü boksçular iştirak edəcək. Bu yarış Bakı-2015 Avropa oyunlarına hazırlığın başlanğıcı olacaq. Sitat:
“Həvəskar boksda peşəkar bölmənin yaradılması, olimpiada iştiraka marağımı artırdı. Bizdən olimpiya oyunlarında finalçı olmayıb. Belədə, bu, niyə mən olmayım?
Doğma divarlar arasında keçiriləcək 1-ci Avropa oyunlarında baş mükafata sahib çıxıb, burada öz çəkimdə yeganə liseziyanı qazanıb, rahat şəkildə Rio-2016-ya hazırlaşmaq niyyətindəyəm”.
