20 oktyabr 2013 00:56
Avropa çempionu Avropa oyunlarını arzulayır
“Hazırda Dağıstanın Xasavyurd şəhərindəyəm. Qitələrarası kubok uğrunda yarışı izləyirəm. Məşqlərimi davam etdirirəm. Qarşıda məni Bakıda ciddi yarışlar gözləyir”.
Bunu azerisprt.az saytına açıqlamasında sərbəst güləş üzrə milli komandamızın üzvü Mahmud Məhəmmədov (55 kq) deyib.
2010-cu ildə paytaxtda keçirilmiş Avropa çempionatında qızıl medal qazanmış idmançıdan sonralar da böyük uğur gözlənilsədə, bunun tam əksi müşahidə olundu.
“Bu ilin sonlarında məni Bakıda vacib yarışlar - “Qızıl qran pri” və ölkə çempionatı gözləyir. Orada şəxsi nəticə əsas götürüləcək. Ona görə, inşallah, yaxşı çıxış etməliyəm. Məqsədim, yığma komandada əsas heyətdəki yerimi qaytarmaqdı.
Belə olan halda, 1-ci Avropa oyunlarında mübarizə apara bilərəm. Həmin olimpiadada Rİo-2016-ya lisenziya qazanmaq əsl fürsətdi”, - titullu güləşçi əlavə edib.
