19 oktyabr 2013 00:01
Ramin Əzizov: Olimpiadaya yol Bakı-2015-dən keçir
“Planımda dəyişiklik yoxdu. Hazırlaşıb, bütün yarışlarda maksimum nəticə qazanmaq istəyirəm”.
Bunu azersport.az saytına açıqlamasında taekvondoçular arasında milli komandanın aparıcı üzvü Ramin Əzizov (80 kq) deyib.
Dünya çempionatının bürünc mükafatçısının sözünə görə, hədəfi ən yüksək zirvəyə yetişməkdi:
“Reytinq xallarımı artırıb, yekunda Rio olimpiadasının qızıl medalını qazanmaq istəyirəm. Bunun üçünsə gərək olimpiadaya vəsiqə əldə edim. Ən münasib yol Bakıda keçiriləcək 1-ci Avropa oyunlarıdı. Məqsədim, doğma divarlar arasında tarix yazmaqdı”.
