9 oktyabr 2013 11:58
Səbinə Mikina: Avropa oyunlarında qələbə yerinə düşər
“Antalyada təlim-məşq toplanışındayıq. Burada fiziki çalışmalar üzərində işləyirik”. Bunu azerisport.az saytına açıqlamasında millimizin aparıcı sablyaçısı Səbinə Mikina deyib.
Təcrübəli qılıncoynadan bildirib ki, seçmə komanda yeni mövsümə hazırlaşır: “Əsas heyət yavaş-yavaş gələn ilki yarışlara hazırlaşır. Qarşıda bizi ciddi sınaqlar gözləyir. Çoxdandı öz sözümü demirəm. London olimpiadasında təcrübəmi bir qədər də artırdım. Fikrimcə, Bakıda keçiriləcək 1-ci Avropa oyunlarında qələbə yerinə düşər. Həm şəxsi, həm də komanda yarışının olması, bu imkanımı artıracaq”.
