24 noyabr 2015 11:20

Boyanka Kostova dünya çempionu olub, yeni rekorda imza atdı

ABŞ-ın Hyuston şəhərində keçirilən ağırlıqqaldırma üzrə dünya çempionatı davam edir. Azerisport.az xəbər verir ki, “Neftçi İdman Klubu”nun atleti Boyanka Kostova (58 kq) yarışda böyük əzmkarlıq nümayiş etdirib və dünya çempionu tituluna yiyələnib.

İdmançımız dünya çempionu olmaqla yanaşı, yeni dünya rekorduna da imza atıb. Belə ki, birdənqaldırma hərəkətində ilk cəhdini boşa verən Kostova ikinci yanaşmasında 109 kq ağırlığı qaldırmaqla, özünə məxsus Avropa rekordunu təkrarlayıb. Ardınca o, 112 kq çəkinin öhdəsindən gəlib. Üçüncü cəhdində bu çəkini ram etməklə, Boyanka yeni dünya rekordu vurub. Buna qədər rekord çinli Çen Yanqinqə məxsus idi. Atletimiz rəqibinin 2006-cı ildə yenilədiyi rekordunu 1 kq qabaqlayıb. O, 112 kq ağırlığı başı üzərinə qaldırmaqla, Avropa rekordunu da adına yazdırıb.

Boyanka Kostova təkanla qaldırma hərəkətində də uğurla çıxış edib. Əvvəlcə 136 kq-ın öhdəsindən gələn təmsilçimiz bununla növbəti rekordu yeniləyib. Ona görə ki, toplamda 248 kq göstərici onun özünə məxsus Avropa rekordunun təkrarı olub. Kostova ardınca 140 kq çəkini sifariş edib. Ancaq ikinci yanaşmasını boşa verən ağırlıqqaldıranımız üçüncü cəhdində bunu bacarıb. Bu isə toplamda yeni rekordla nəticələnib. O, 2006-cı ildə Yanqinqin müəyyənləşdirdiyi rekordu yenə də 1 kq təzələyib. Eyni zamanda, bu nəticə həm təkanla qaldırma, həm də toplamda Avropa rekordunun yenilənməsinə gətirib çıxarıb.

Beləliklə, Boyanka Kostova toplam 252 kq (112 kq + 140 kq) nəticə ilə Azərbaycan ağırlıqqaldırma tarixində ilkə imza atıb. Qadın idmançılarımız arasında ilk dünya çempionu adını qazanan Kostova, həm də 6 rekordu – 2 dünya və 4 Avropa rekordunu adına yazıb.

Qeyd edək ki, 22 yaşlı Boyanka Kostova iki dəfə Avropa çempionu olub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.