4 iyul 2016 17:00

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.

AAAF-dan azerisport.az saytına verilən məlumata görə, bununla əlaqədar olaraq Azərbaycan Ağır Atletika Federasiyası beynəlxalq hüquq şirkətlərinə müraciət etmək niyyətindədir.

Azərbaycanda idmana böyük diqqət göstərilir və bunun da əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyev Milli Olimpiya Komitəsinin rəhbəri seçildikdən sonra Azərbaycanda olimpiya hərəkatı geniş vüsət alıb.

Bu gün Azərbaycanda idmanın bir çox növü inkişaf edir və sevindirici haldır ki, ağır atletika bu sırada xüsusi yer tutur. Ağır atletika tarixən ölkəmizdə geniş yayılmış idman növlərindən biri olub. Azərbaycan Ağır Atletika Federasiyası geniş maddi-texniki bazası olan qabaqcıl idman infrastrukturu yaradıb. Ağır Atletika Akademiyası uğurla fəaliyyət göstərir.

Bütün bunlar ona gətirib çıxarıb ki, Azərbaycan ağırlıqqaldıranları son illərdə beynəlxalq arenada özlərini yaxşı tanıdıblar.

Müsbət nəticəli dopinq testlərlə bağlı dünyada baş verən son hadisələr Azərbaycan atletlərindən də yan keçməyib. Buna görə də Beynəlxalq Ağır Atletika Federasiyasının idmançıların diskvalifikasiyası haqqında qərarı suallar doğurur ki, Azərbaycan Ağır Atletika Federasiyası da bu suallara cavab almağa ümid edir.

Azərbaycan Antidopinq Konvensiyasına qoşulan ilk 40 ölkə arasındadır. Bununla yanaşı, Konvensiyaya qoşulduqdan sonra Azərbaycan Milli Məclis tərəfindən xüsusi olaraq yaradılmış Komitə vasitəsi ilə antidopinq üzrə qanun işləyən ilk ölkələrdən biridir. Bütün bunlar Azərbaycan Ağır Atletika Federasiyasının beynəlxalq instansiyalarda iddiasının öz müsbət həllini tapacağına əsas verir.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.
Ağır atletika 13 iyun

6 ağırlıqqaldıranımızın dopinqə düşməsinə AGİN-dən münasibət

Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və idman nazirliyi açıqlama yayıb.