21 iyun 2016 15:30

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir. Azerisport.az xəbər verir ki, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) iyunun 18-də rəsmi saytında Pekin Olimpiadasının dopinq-testlərinin nəticələrinə əsasən 7 atleti diskvalifikasiya edib. Onlar arasında İntiqam Zairov (94 kq) da var. 8 il əvvəl Çində 85 kq-da çıxış edən və 361 kq-la (birdənqaldırma 166 kq, təkanlaqaldırma 195 kq) 9-cu yeri tutan İntiqamın dopinq-testi zamanı dehidroxloromesiltestosteron aşkarlanıb. Həmin maddə DÇ-nin analizində də həmin idmançıda üzə çıxmışdı.

Həmyerlimizlə yanaşı, Hripsime Xurşudyan (Ermənistan), Aleksandru Dudoqlo (Moldova), Nadejda Yevstuxina (Rusiya), Nurcan Taylan (Türkiyə), Marina Şainova (Rusiya) və İlya İlyinin (Qazaxıstan) təkrar dopinq analizi müsbət nəticə verib. Onların cəza müddəti qarşıdakı günlərdə Gürcüstanda keçiriləcək iclasdan sonra açıqlanacaq.

Cəzalar dəstiqlənsə, Pekində olimpiya çempionu olmuş İlyinin diskvalifikasiyası Nizami Paşayevi 4-cü pilləyə yüksəldəcək. Buna qədər 2023-cü ilədək cəza alan Zairov isə böyük ehtimalla, karyerasını başa vurmaq məcburiyyətində qalacaq.

Qeyd edək ki, bu, Zairovun 3-cü cəzası olacaq. İntiqam 2013-cü ildə keçirilmiş Avropa çempionatında da dopinqli olduğu üçün 2 illik cəza almışdı.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.
Ağır atletika 13 iyun

6 ağırlıqqaldıranımızın dopinqə düşməsinə AGİN-dən münasibət

Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və idman nazirliyi açıqlama yayıb.