12 iyul 2016 12:25

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib. Azerisport.az xəbər verir ki, yığıncaqda ölkənin əksər ağır atletika məşqçi-mütəxəssisləri iştirak edib.

Baş katib Rizvan Rəsulov iclası açaraq son zamanlar ağır atletikamızda baş verən hadisələr haqqında məlumat verərək, məşqçilərin son dərəcə məsuliyyətli olmasının vacibliyini qeyd edib.

Federasiyanın vitse-prezidenti Ruslan Xanverdiyev Respublikamızda ağır atletikanın inkişafı üçün yaradılan şəraitin dünyanın heç bir ölkəsində olmadığını vurğulayıb. Bakıda Ağır Atletika Akademiyasının, Xırdalanda AAAF Park Yaşayış Kompleksindә yerlәşәn tәlim-mәşq bazasının və regionlarda inşa edilən ağır atletika komplekslərinin fəaliyyətindən danışan vitse-prezident, Respublika yarışlarının beynəlxalq yarışlar səviyyəsində təşkil edilməsinin göz qabağında olduğunu qeyd edib. O, iclas zamanı yeni ağır atletika zallarının regionlarda inşa edilməsi haqqında da məlumat verib.

Yığma komandanın böyük məşqçisi Tofiq Heydərov bundan sonrakı fəaliyyət planı haqqında danışaraq Respublikamızda ağır atletikanın gələcəyinin parlaq olacağına inamını dilə gətirib. Ağır atletika ilə məşğul olan yüzlərlə yeniyetmə istedadlı atletlərimizin olduğunu qeyd edən mütəxəssis, yeni məşqçi heyəti işini düzgün quracağı halda, uğurların çoxalacağına əmin olduğunu qeyd edib.

Sonra səsvermə yolu ilə bütün yaş qruplarında yığma komandalara məşqçilər heyəti seçilib. Səsvermə zamanı 58 məşqçi və mütəxəssisin adı olan namizəd siyahısı təqdim edilib. Onların içərisindən ən çox səs toplayanlar müvafiq postlara seçiliblər.

Əməkdar məşqçi Maksum Xasanov səs çoxluğu ilə böyüklərdən ibarət yığma komandanın baş məşqçisi seçilib.

Gənclər arasında yığma komandaya əməkdar məşqçi Kərim Kərimov, yeniyetmələr arasında yığmaya Anar Qasımov, qadınlar arasında yığma komandaya isə moldovalı Nataliya Prişepa baş məşqçi təyin olunub.

Oktay Muxtarov isə yığma komandaların rəisi postuna təyin edilib.

Məşqçilərin tam siyahısı aşağıdakı kimidir:

Böyüklərdən ibarət yığma (əsas komanda)

Baş məşqçi: Maksum Xasanov (əməkdar məşqçi)

Köməkçilər:

– Məmməd Məmmədov (əməkdar məşqçi)
– Zəfər Tağıyev
– Soltan Kərimov (əməkdar məşqçi)
– Elnur Hüseynov

Gənclərdən ibarət yığma komanda

Baş məşqçi: Kərim Kərimli (əməkdar məşqçi)

Köməkçilər:

– Azad Nurməmmədov (əməkdar məşqçi)
– Emil Əliyev
– Teymur Əliquliyev (əməkdar məşqçi)
– Akif Alıyev

Yeniyetmələrdən ibarət yığma komanda

Baş məşqçi: Anar Qasımov

Köməkçilər:

– Nizam Rufullayev
– Azər Hacıxəlilov (əməkdar məşqçi)
– Vüsal Ağayev
– Ağakərim Kərimov
– Asif Məmmədov (U-15)
– Elxan Süleymanov (U-15)
– Ağalar Muxtarov (U-15)
– Zülfüqar Süleymanov (U-15)
– Turan Abdullayev (U-15)

Qadınlardan ibarət yığma komanda

Baş məşqçi: Natalya Prişepa

Köməkçilər:

– Hafiz Süleymanov
– Taleh Hüseynov
– Rayət Abdalov (əməkdar məşqçi)
– Təranə Abbasova

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.
Ağır atletika 13 iyun

6 ağırlıqqaldıranımızın dopinqə düşməsinə AGİN-dən münasibət

Azərbaycanın 6 ağırlıqqaldıranının dopinqə düşməsi ilə bağlı Gənclər və idman nazirliyi açıqlama yayıb.