14 aprel 2015 10:45

Boyanka Kostova 12 rekordla ikiqat Avropa çempionu oldu!

Gürcüstanın paytaxtı Tiflis şəhərində keçirilən ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak edir.

Azərbaycan yığmasının daha bir üzvü – Boyanka Kostova qadınların mübarizəsində körpücük üzərinə çıxıb. 58 kq çəki dərəcəsində yarışan atletimiz Avropa çempionatının şəksiz favoriti adını təsdiqləyib. Belə ki, Kostova ilk yanaşmasında 100 kq-ı ram edərək ən yaxın rəqibini 7 kq qabaqlayıb və liderliyi ələ alıb. Daha sonra 105 kq-ı rahatlıqla qaldıran Boyanka, Avropa U-23 rekordunu yeniləyib. Ona qədər bu rekord (100 kq) Ukrayna təmsilçisi Yuliya Kalinaya məxsus idi. Birdən qaldırmada son yanaşmasında 109 kq üçün ştanqa yaxınlaşan atlet, onu da ram edərək böyüklər arasında Avropa rekordunu yeniləyib. Bu rekord (108 kq) rusiyalı atlet Svetlana Tsarukayevaya məxsus idi. Bu, həm də U-23 rekordunun yenidən qırılması idi.

Təkanla qaldırmada ilk yanaşmasında 125 kq-ı qaldıran Kostova birdən-birə iki rekordu yenilədi. O, yaşı 23-ə qədər olan qadınlarda təkanla qaldırmada bunaqədərki rekord 123 kq idi. Eyni zamanda, bu nəticə ilə toplam çəki 234 kq oldu ki, bunaqədərki toplam nəticə rekordu 223 kq idi. Ukraynalı Yuliya Kalinaya məxsus hər iki rekordu yeniləyən Boyanka, bununla böyüklər arasında həm təkanla qaldırma, həm də yekun sıralamadakı qızıl medalı özünə təmin etdi.

İkinci yanaşmada məşqçilər heyəti idmançımız üçün 132 kq sifariş verdi. Bu cəhdini də uğurlu edən Kostova daha iki – artıq özünə məxsus U-23 rekordu yenilədi. Üstəlik, toplamda 241 kq nəticə göstərən Kostova, böyüklər arasında rus Svetlana Tsarukayevaya məxsus 238 kq-lıq rekordu da yeniləndi.

Təkanla qaldırmada son yanaşmasında 137 kq üçün körpücüyə qalxan Boyanka, bu hərəkətdə Avropa rekordunu yeniləməyə çalışdı. Azərbaycan yığmasının üzvü bu cəhdi də uğurla yerinə yetirərək daha iki rekordu – həm bu hərəkətdə, həm də toplamda – aktivinə yazdı. Bu, həm də U-23-də daha iki rekord demək idi.

Beləliklə, 246 kq (109+137) nəticə göstərən Boyanka Kostova bütün rəqiblərini aşkar şəkildə üstələyərək Avropa çempionu oldu. O, U-23-də 8, böyüklər arasında isə 4 rekordu – birdən qaldırma, təkanla qaldırma və iki dəfə toplamda – yeniləyərək tarixi nəticəyə imza atdı.

2012-ci ildə Türkiyənin Antalya şəhərində də Avropa çempionu olmuş Kostova, artıq bu titulun ikiqat sahibidir.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.