12 aprel 2015 11:15

Elmar Alıyev AÇ-də 7-ci oldu

Aprelin 9-18-də Gürcüstanın paytaxtı Tiflis şəhərində keçiriləcək ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatına start verilib. Azerisport.az xəbər verir ki, bu yarışda 38 ölkədən 268 ağır atletin (112 qadın və 156 kişi) iştirak etməsi gözlənilir.

Turnirdə Azərbaycan yığma komandasının üzvləri də çıxış edirlər. Onlardan ilk olaraq Elmar Alıyev körpücük üzərinə çıxıb. O, 56 kq çəki dərəcəsində mübarizə aparıb. Atletimiz birdən qaldırma hərəkətində ilk olaraq 107 kq-ın öhdəsindən gəlib. Təəssüf ki, 111 kq üçün sonrakı iki cəhdi də uğursuz olub və o, bu hərəkətdə 9-cu yeri tutub.

Elmar təkanla qaldırma hərəkətində də eyni cür mübarizə aparıb. O, ilk yanaşmasında 137 kq-ı ram edib. Sonrakı cəhdələrində isə əvvəlcə 142 kq, sonra isə 143 kq-lıq ştanqın öhdəsindən gələ bilməyib. Buna baxmayaraq, Alıyev bu hərəkətdə Avropanın 4-cüsü olmağı bacarıb.

Toplamda 244 kq (107+137) nəticə göstərən Elmar yekun sıralamada 7-ci yeri tutub.

Yarışda “Zirvə” Beynəlxalq İdman Klubu – Zirve İnternational Sport Clubs-ın nümayəndələri də iştirak edirlər. Onlardan biri artıq körpücük üzərinə çıxaraq uğur qazanıb. “Kişinyov-Zirvə”nin atleti Oleq Sırqi Avropa çempionatının qalibi olub. Moldovalı idmançı birdən qaldırma hərəkətində 113 kq-la 5-ci olsa da, təkanla qaldırmada daha yaxşı çıxış edib. Oleq 147 kq nəticə ilə həm bu hərəkətdə, həm də toplamda 260 kq-ı (113+147) ram etməklə qızıl medala sahib çıxıb.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.