28 yanvar 2015 17:45

9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatının ilk seçmə mərhələsi Azərbaycanda start götürür

“Zirvə” İdman Klubunun “9-cu Zirvə Kuboku və 2-ci Dünya Çempionatı”nın 2015-ci ildə 1-ci seçmə mərhələsi start götürür. Azerisport.az xəbər verir ki, klubun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs”-ın bütün filialları arasında keçiriləcək yarışlar bir çox məqsədlər daşıyır.

Bunlardan klubun üzvlərinin cari güclərinə baxış, final mərhələsinə güclü idmançıların seçılməsi, aparılan işlərin ardıcıllıq və axıcılığını müəyyən edilməsi, klubun ağır atletika idman növündə şəhər, rayon, qəsəbə və kəndlərdə təbliği və inkişafı, idmançılar və məşqçilər arasında dostluq əlaqələrinin möhkəmləndirilməsi, idmançıların ustalıq səviyyələrinin artırılmasını xüsusilə qeyd etmək olar.

Polşa, Bolqarıstan, Ukrayna, Moldova, Türkiyə və başqa ölkələrdəki filiallarda daxili mərhələ turnirlərinin fevral-mart aylarının ortalarında baş tutması gözlənilir. Hər bir mərhələnin keçirilmə vaxtı və nəticələr haqda müvafiq məlumatlar veriləcək.

Azərbaycandakı klubların mərhələ yarış vaxtları isə artıq məlumdur. 1-ci seçmə mərhələ 16-23 fevral tarixlərində 4 zona üzrə keçiriləcək. Yarışın keçirilməsi Azərbaycan Ağır Atletika Federasiyasının hakimlər heyətinə həvalə olunub. Mərhələdə Respublikanın şəhər, rayon, qəsəbə və kəndlərdə “Zirve İnternational Sport Clubs”-ın bölmələrinin həkim müayinəsindən keçmiş idmançıları iştirak edə biləcəklər.

Yarış şəxsi xarakter daşıyır və ona 2006, 2005, 2004, 2003, 2002, 2001, 2000, 1999, 1998, 1997-cı il və daha böyük yaşlı oğlan və qızlar buraxılırlar. Qalib və mükafatçılar yaşa, qaldırdığı ağırlığa və şəxsi çəkiyə müvafiq “Sinkleyr” cədvəli əsasında müəyyən olunacaq, medal və diplomlarla təltif olunacaqlar.

Yarışların təqvimi aşağıdakı kimidir:

16 fevral – Neftçala
17-18 fevral – Lənkəran
20 fevral – Samux
23 fevral – Abşeron

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.