24 dekabr 2014 13:00

Zirvənin Ankaradakı Dünya çempionatı başladı

Azərbaycan idmanının lider klublarından biri – “Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan “Zirve İnternational Sport Clubs” çərçivəsində Klublarası ilk dünya çempionatının final mərhələsi start götürüb. Azerisport.az xəbər verir ki, dekabrın 24-25-i Türkiyənin paytaxtı Ankara şəhərində yerləşən və kluba məxsus olan “Altınpark-Akarsu” İdman Kompleksində keçiriləcək bu turnirdə Azərbaycandan başqa 10 ölkədən – Türkiyə, Rusiya, ABŞ, Gürcüstan, Bolqarıstan, Polşa, Belarus, İran, Ukrayna və Moldova – olan filiallarımızın idmançıları iştirak edəcəklər.

Dünya çempionatında final mərhələsi klubların mübarizəsidir. İdmançılar fərdi nəticələrlə yanaşı, təmsil etdikləri klublara da xal qazandırırlar. Sonda müvafiq xallara uyğun olaraq komanda sıralaması tərtib olunacaq və 1-6-cı yeri tutan klublar mükafatalandırılacaqlar.

Çempionat 8 yaş qrupu üzrə keçirilir və qaliblər Sinkleyr cədvəli üzrə müəyyənləşdirilir. Yarış iştirakçıları seçmə mərhələdə göstərdikləri nəticələrə əsasən müəyyən edilmiş, ən yaxşılar finala dəvət edilmişdir. Qruplar aşağıdakılardır:

Qadınlar:
WU-15 (yaşı 15-ə qədər olan idmançılar)
WU-20 (yaşı 20-yə qədər olan idmançılar)
WU+20 (yaşı 20-dən çox olan idmançılar)

Kişilər
U-12 (yaşı 12-yə qədər olan idmançılar)
U-15 (yaşı 15-ə qədər olan idmançılar)
U-20 (yaşı 20-yə qədər olan idmançılar)
U+20 (yaşı 20-dən çox olan idmançılar)
Veteranlar (yaşı 35-dən çox olan idmançılar)

Çempionat bütün beynəlxalq standartlara uyğun olaraq, Beynəlxalq Ağır Atletika Federasiyasının qəbul etdiyi qaydalar çərçivəsində keçirilir. Yarışa xidmət edən hakimlərin hamısı beynəlxalq dərəcəli, yetərincə böyük təcrübəyə malik mütəxəssislərdir. Turnirin təşkilində Türkiyə Ağır Atletika Federasiyası ilə sıx təmasda olan klubumuza verdikləri dəstəyə görə təşəkkür etməyi də yaddan çıxarmamalıyıq. Xüsusilə, prezident Tamer Taşpınarın özəl diqqəti qeyd edilməlidir. (klub saytı)

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.