24 noyabr 2014 14:08

Gülçin Əlizadə AÇ-də 4-cü oldu

Kiprin Limassol şəhərində gənclər arasında 17-ci qadın və 40-cı kişilər, həmçinin yaşı 23-ə qədər olan idmançıların 6-cı Avropa çempionatı start götürüb. Azerisport.az xəbər verir ki, 21-29 noyabr tarixləri arasında keçiriləcək yarışda 37 ölkədən 314 (197 kişi və 117 qadın) idmançı medallar uğrunda mübarizə aparır.

Azərbaycan yığmasının heyətində körpücük üzərinə ilk olaraq “Qazax-Zirvə” İdman Klubunun nümayəndəsi Gülçin Əlizadə çıxıb. O, 53 kq çəki dərəcəsində mübarizə aparıb. Ötən il yeniyetmələr arasında Avropa çempionatının bürünc medalçısı olan Gülçin bu turnirə birdən qaldırma hərəkətində 75 kq nəticə ilə başlayıb. O, bu çəki ilə bu hərəkəti 4-cü yerdə bitirib. Təkanla qaldırma hərəkətini 87 kq-la bitirən Əlizadə bu hərəkətdə də 4-cü olub. 17 yaşlı idmançımız toplamda 162 kq (75+87) nəticə ilə gənclər arasında Avropa çempionatını 4-cü yerdə başa vurub.

Kişilərdə 62 kq çəki dərəcəsində Rüstəm İmanzadə və Məhəmməd Məmmədli güclərini sınayıblar. Yeniyetmələr arasında Avropa çempionu, “Zirve İnternational Sport Clubs”-ın ilk dünya çempionatının qalibi, “Lənkəran-Zirvə” İdman Klubunun üzvü Rüstəm İmanzadə birdən qaldırma hərəkətində əvvəlcə 117 kq-ın öhdəsindən uğurla gəlib. Sonra 122 kq sifariş verən atletimiz bu yanaşmanı da uğurla yerinə yetirib. 3-cü yanaşmasında isə Rüstəmin 124 kq-a gəlməsi də maraqlı idi. Çünki 16 yaşı olan ağır atletimiz bu çəkini qaldırsaydı, yeniyetmələr arasında Avropa rekordunu yeniləyəcəkdi. Ancaq təəssüf ki, alınmadı. Amma buna baxmayaraq, İmanzadə 122 kq-la bu hərəkətdə Avropa bürüncünə layiq görülüb.

Təkanla qaldırma hərəkətində 143 kq-ı uğurla ram etməklə başlayan İmanzadə, ikinci cəhdində 148 kq-a yaxınlaşıb. Ancaq yanaşması uğursuz olub. Rüstəm növbəti yanaşmadan imtina edib. Buna baxmayaraq, o, bu hərəkətdə 6-cı, toplamda 5-ci yeri tutmağı bacarıb.

Yeniyetmələr arasında Avropa çempionatının gümüş medalçısı, “İsmayıllı-Zirvə” İdman Klubunun üzvü Məhəmməd birdən qaldırma hərəkətində əvvəlcə 100, daha sonra isə 105 kq-ın öhdəsindən gəlib. Son yanaşmasında 110 kq-ı ram edə bilməyərək bu hərəkətdə 11-ci olub.

Təkanla qaldırma hərəkətində Məhəmməd əvvəlcə 125, daha sonra 132 kq-ı başı üzərinə qaldırıb. Son cəhdində 135 kq-lıq ştanqa güc gələ bilməyən Məmmədli bu hərəkətdə 10-cu olub. Məhəmməd toplamda 237 kq-la (105+132) Avropa çempionatının 12-ci olub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.