5 noyabr 2014 11:45

Zirvəçilər milli komandamızın heyətində dünya çempionatına yollandılar

Noyabrın 4-16-sı aralığında Qazaxıstanın Almatı şəhərində 81-ci kişilər və 24-cü qadınlar arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu nüfuzlu turnirdə milli komandamızın idmançıları da iştirak edəcəklər. Azərbaycan 4 qadın və 9 kişi atlet təmsil edəcəkdir. Həmin idmançılar bunlardı:

Qadınlar: Boyanka Kostova və Əlizadə Gülçin (Zirvə) – hər ikisi 53 kq çəki dərəcəsi, Abbasova Elnarə (Zirvə) – 63 kq, Anastasiya İbrahimli (Zirvə) – 69 kq.
 Kişilər: Alıyev Elmar – 56 kq, İmanzadə Rüstəm (Zirvə) və Rauf Nəbiyev – hər ikisi 62 kq çəki dərəcəsi, Əfqan Bayramov – 69 kq, İvan Stoitsov – 77 kq, Orxan Əliquluzadə (Zirvə) və Rövşən Fətullayev (Zirvə) – hər ikisi 94 kq, Dadaş Dadaşbəyli (Zirvə) – 105 kq, Məmmədli Azər (Zirvə) – +105 kq.

Qeyd etmək lazımdır ki, milli komandamızın 13 üzvündən 8-i “Zirvə” İdman Klubunun üzvləridir. Sevindirici məqam isə onların içərisində gənc və böyük perspektiv vəd edən atletlərimizin olmasıdır.

Qızlardan Avropa çempionatının bürünc medalçısı Əlizadə Gülçin və Azərbaycan çempionu Elnarə Abbasova lisenziya xalları qazanmaq üçün körpücük üzərinə çıxacaqlar. “Qazax-Zirvə” İdman Klubunun nümayəndələri olan qızlarımız üçün bu, böyüklər arasında ilk dünya çempionatı olacaq.

“Lənkəran-Zirvə” idmançılarından Orxan Əliquluzadə və yeniyetmələr arasında Avropa çemponu Rüstəm İmanzadə, gənclər arasında dünya çempionatının gümüş medalçısı Azər Məmmədli, “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəyli də karyeralarında ilk dəfə böyüklərin dünya çempionatında mübarizə aparacaqlar.

Medal şanslarımız az olsa da, bütün atletlərimizə inanır, onların Rio-De-Janeyro Olimpiadasına lisenziya qazanma yolunda vacib xallar qazanacağına ümid edirik. Əminik ki, gənclərimiz bu dünya çempionatında gələcək yarışlar üçün böyük təcrübə toplayacaq, bundan yararlanaraq nəticələrini yaxşılaşdıracaqlar. (klub saytı)

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.