1 noyabr 2014 18:15

Bolqarıstanda Zirvənin çempionatı keçirildi

“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs çərçivəsində yarışlar davam edir. Azerisport.az xəbər verir ki, Türkiyədən sonra Bolqarıstanda da daxili çempionatımız baş tutub.

“Smolyan-Zirvə” İdman Klubunun təşkil etdiyi Zirve İSC-nin Dünya Çempionatının 2-ci seçmə mərhələsi yarışı böyük maraqla qarşılanıb. Bolqarıstanın müxtəlif regionlarından gəlmiş 42 ağır atlet medallar uğrunda mübarizə aparıblar.

Klubumuzun Bolqarıstan ağır atletikasına verdiyi xeyir ilk yarışımızdaca üzə çıxıb. Belə ki, bu çempionat Smolyan şəhərində 23 il fasilədən sonra keçirilən ilk respublika miqyaslı yarış olub. Açılış mərasimində ilk olaraq məşhur yerli mütəxəssis Kostadin Qrozdanov çıxış edib və bu cür turnirin keçirilməsində böyük razılığını bildirib. Hətta təcrübəli məşqçi sevincdən göz yaşlarını saxlaya bilməyib. Daha sonra şəhərin icra başçısının müavini Mariana Tsekova nitq söyləyib və çempionatı açıq elan edib.

“Smolyan-Zirvə” İK-nın prezidenti, Olimpiya mükafatçısı Veliçko Çolakov da bu qədər böyük fasilədən sonra şəhərdə ağır atletika turnirinin keçirilməsinə sevindiyini bildirib və bunda əməyi keçən hər kəsə təşəkkür edib. Çempionat həm də Bolqarıstanın müstəqilliyinin 102-ci ildönümünə və şəhər gününə həsr edilib.

Daha bir maraqlı məqam medallarla bağlıdır. Yarış iştirakçılarından birinin məşqçisi Veliçka Lukova bildirib ki, Zirve İSC-nin çempionat üçün hazırladığı medallar Olimpiya medallarına bənzəyir. Onun sözlərinə görə, çox keyfiyyətli, xüsusi zövqlə işlənmiş olması idmançılara əlavə mübarizə əzmi verib və yarışın daha yaxşı keçməsinə səbəb olub.

Açılış mərasimində bədii hissə də olub. Həm müasir, həm də bolqar milli musiqisinin nümunələri ifa edilib, milli rəqslər nümayş etdirilib.

Yarışda “Smolyan-Zirvə” İK ilə yanaşı Xaskovodan “Byala Meçka”, Asenovqraddan “Asenovets”, Sopotdan “Samson”, Pazarcıqdan “Pazarcıq” və Kaloferdən “Kalofer” klubunun nümayəndələri iştirak ediblər. Qaliblər 7 yaş qrupunda Sinkleyr cədvəli üzrə müəyyən edilib. “Smolyan-Zirvə” atletləri 2 qızıl və bir bürünc medal əldə ediblər. Onların göstərdiyi nəticələrə əsasən “Zirvə”nin final mərhələsi yarışında iştirak etmək hüququ əldə edib-etmədiyi müəyyənləşəcəkdir.

“Smolyan-Zirvə” İK-nın çempionatı barədə xəbərlər Bolqarıstanın təxminən 20-yə yaxın KİV-i tərəfindən işıqlandırıb. Xüsusilə də yarışda yüksək təşkilaçtılıq qeyd edilib, ölkə ağır atletikasına verilən xeyir diqqətə çatdırılıb. (klub saytı)

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.