23 dekabr 2013 14:40

Zülfüqar Süleymanov: Bu hədiyyə mənim üçün ali mükafatdı

Azerisport.az sizi ağır atlet Zülfüqar Süleymanovun müsahibəsi ilə tanış edir
 
- Azərbaycan Prezidenti İlham Əliyevin mənzil hədiyyə etdiyi idmançılar arasında sən də varsan. Bu münasibətlə səni təbrik edirik. Hansı hisslər keçirirsən?
- Mən də öz növbəmdə diqqətinizə görə sizə təşəkkür edirəm. Çox sağ olun. Açığı, hisslərimi sözlərlə ifadə etməkdə çətinlik çəkirəm. Təbii ki, ora gedəndə nitq hazırlamışdım. Amma görüş zamanı cənab Prezident mənim və ailəmin uğurları haqda məlumatlı olduğunu deyəndə, böyük həyəcan və qürur hissi keçirdim. Bu sözlər məni o qədər həyəcanlandırdı ki, hazırladığım nitqi belə unutdum. Etiraf edim ki, dövlət başçımızın əlindən belə hədiyyəni almaq ən böyük arzum idi. Yəni, Prezidentimizin təqdim etdiyi hədiyyə mənim üçün həqiqətən ali mükafat oldu. Mənə nəsib olduğuna görə, Allaha min dəfə şükür edirəm.

- Uğurlarında kimlərin rolu var?
- Ailəm, məşqçilərim həmişə mənə dəstək olublar. Azərbaycan Ağır Atletika Federasiyasının rəhbərliyindən daima dəstək görmüşəm. Məhz rəhbərliyimizin köməyi sayəsində məşq prosesində lazımi idman qurğuları və ləvazimatlarla təmin olunuruq. Biz idmançılar üçün yaradılan ümumi şəraiti, daim əhatə olunduğumuz diqqəti də xüsusi qeyd etməliyəm. AAAF-ın prezidenti Cahangir Əsgərova buna görə, təşəkkür edirəm. Əlbəttə ki, ən böyük təşəkkürümü dövlət başçımız, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyevə bildirirəm. O, idmana və idmançılara çox böyük qayğı və diqqət nümayiş etdirir. Bunun nəticəsidir ki, idmançılarımız ilbəil rekord sayda medallar qazanaraq ölkəmizə gətirir. Dünyanın idman arenalarında Azərbaycanın adını yüksək tuturlar.

 
- 2013-cü ili özün üçün necə xarakterizə edərdin?
- Çox düşərli və uğurlu oldu. Ötən ilin dekabr ayından bu yana üç böyük yarışda iştirak etdim – İWF-in qran –pri seriyasından olan Beynəlxalq Bakı Kuboku, Avropa çempionatı və İslam Həmrəylik Oyunları. Hər üçündə bürünc medal qazandım. Əziyyətimin bəhrəsini gördüm. Çox şadam ki, Prezidentimiz çəkdiyim zəhməti belə yüksək səviyyədə qiymətləndirdi. Ona bir daha təşəkkür edirəm.

 
- İl ərzində qazandığın uğurlar nə ilə bağlıdır?
- Yığmamızın baş məşqçisi Zlatan Vanev müsahibələrində bir neçə dəfə etiraf edib ki, idmançılarımız arasında xarakter nümayişi və mübarizlik kimi keyfiyyətlər məhz məndə var. Yəni atlet var ki, zalda dünya rekordu edir, ancaq yarışa gələndə, məşqdəkindən qat-qat aşağı nəticə göstərir. Mən isə əksinə, yarışda məşqdə qaldırdığım çəkinin eynisini, hətta ondan artığını da qaldıra bilirəm. Bu xüsusiyyətim yığmanın baş məşqçisi Zlatan Vanevin də gözündən yayınmayıb. Zənnimcə, məhz bu xüsusiyyətimə görə, o mənə etimad göstərir, yarışlara aparır. Çox güman ki, əldə etdiyim yaxşı nəticələrin səbəbi psixoloji cəhətdən güclü olmağımdadır.

 
- İdmançı ailəsindənsən. Qardaşların da vaxtilə beynəlxalq yarışlarda uğurlar qazanıblar. Yəqin ki, qələbə qazanmağında bu fakt da az rol oynamır. Əks halda, yarışdan sonra belə ailəyə məğlub qayıtmaq elə də asan olmaz…
- Tamamilə doğrudur. Ən böyük qardaşım Hafiz Süleymanov ikiqat dünya çempionu, dünya rekordçusu, 5 qat Avropa çempionudur. Ailədə bir nəfər uğur qazandısa, digərləri də ona baxıb təkrarlamağa çalışırlar. Üstəlik, valideynlərimiz də bizə dəstək oldular. Hafizdən sonra o biri qardaşım da idmana getdi, sonra mən… Bildiyimə görə, indiyədək dünya idman tarixində Avropa və dünya çempionatlarından medal gətirən dörd qardaş olmayıb. Bizim ailə bu mənada rekord vurub. Üç qardaş, bir ata iki oğul olub, ancaq dörd qardaş yox. Bunu biz Süleymanovlar etdik.

 
- 2014-cü ildə hədəfin nədir?
- Sözün açığı, bir müddət əvvəl karyeramı bitirmək haqda düşünürdüm, bu idmandan küsmüşdüm bir qədər. Ancaq Azərbaycan Prezidenti cənab İlham Əliyevin mənə verdiyi bu mükafat, üstəlik, illər öncə qardaşımı da eyni cür təltif etdiyini xatırlaması mənə böyük stimul oldu. Ağır atletikada daha bir neçə il qalıb uğurlar qazanmaq istəyirəm.
 
aaaf.az

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.