16 dekabr 2013 12:12

Kristina Yovu: Növbəti DÇ-də gümüşü qızıla çevirməyə çalışacağam

Milli komandamızın istedadlı ağırlıqqaldıranı Kristina Yovu üçün bu mövsüm uğurlu keçdi. Azerisport.az xəbər verir ki, iyulda Kazanda keçirilmiş Tələbələrin universiadasında gümüş mükafata sahib çıxan gənc idmançı, eyni nəticəni oktyabrda Polşanın Vrotslav şəhərində təşkil edilmiş dünya çempionatında da göstərdi.
 
Qısa zamanda yığma kollektivdə öz çəkisində, 53 kq-da liderə çevrilən Kristina, etimadı bu ay ölkəmizdə keçirilmiş IWF-in qran-pri yarışı çərçivəsində 2-ci beynəlxalq Bakı kubokunda da doğrultdu. Bu dəfə yekun daha uğurlu oldu: Qızıl medal! Saytımızın əməkdaşı ilə söhbətdə, Kristina mövsümün final yarışından danışdı, cari mövsümü dəyərləndirdi və gələcək planları açıqladı:
 
“Bakı kubokunda qalib olacağımı gözləyirdim. Amma əmin də deyildim. Çünki həmişə istədiyin kimi alınmır”.
 
- Hər halda, bu il istədiyiniz kimi oldu.
- Bəli, sizinlə razıyam. Cari mövsüm mənim üçün uğurlu keçdi. İştirak etdiyim yarışlarda yüksək yerlər tutdum. Bu qələbələrə yetişməyimdə göstərdiyi dəstəyə və xidmətə görə, başda federasiyamızın prezidenti Cahangir Cavadoviç olmaqla, məşqçilərimə və komanda yoldaşlarıma təşəkkür edirəm. Allahın köməkliyi ilə gələn il də uğurların davamını gətirməyə çalışacağam.
 
- Belədə, növbəti hədəfiniz nə olacaq?
- 2014-cü ildə Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq dünya çempionatı Rio olimpiadasına lisenziya xalı verəcək. Bu mövsüm olduğu kimi, gələn mövsüm də həmin yarışda fərqlənmək istəyirəm.
 
- Kristina, bu il keçirilmiş dünya çempionatında gümüş medal qazandınız. Öz çəkinizdə favorit olaraq, məntiqlə, gələn dəfə daha iddialı çıxış etməlisiniz.
- Tamamilə doğrudur. Növbəti mövsümdə öz üzərimdə daha çox işləyib, daha çox səy göstərib, «gümüş»ü «qızıl»a çevirməyə çalışacağam. 
 
- Cavabınızda tam əminlik yoxdur. Demək, zədələnməkdən savayı, ehtiyat etdiyiniz başqa amil də var.
- Doğru dediniz. Bu gün Çin komandası dünya ağırlıqqaldırmasında favoritlərdəndirlər. Ona görə, məşq yükümü bir qədər də artırmalı, yarışda hər yanaşmada diqqətli olmalıyam. Avropada elə də ciddi rəqiblərim yoxdur. Amma dünya çempionatında istənilən sürprizlə qarşılaşa bilərsən.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.