7 dekabr 2013 13:33

Valentin Xristov: Hədəfim dünya çempionluğudu

IWF-in qran-pri yarışı çərçivəsində keçirilən 2-ci beynəlxalq Bakı kubokunda qalib adını qazanan Valentin Xristovun (62 kq) gələn mövsüm böyük iddiası var. Ttitullu ağırlıqqaldıran azerisport.az saytına müsahibəsində cari mövsümü dəyərləndirib, gələcək planlarından danışıb.
 
- Ötən il bu turnirə az idmançı qatılmışdı. Bu dəfə isə, əksinə. Üstəlik gərgin mübarizə vardı. Bakıda təşkil olunmuş qran-pri yarışında qızıl medal qazandığım üçün çox şadam. Axı, bu, mövsümün son sınağı idi. Yekunu uğurla bitirmək, məncə, yeni qələbələrə əlavə güc verir.
 
- Cari mövsümü sizin üçün qənaətbəxş saymaq olarmı?
 - Olar (gülür). Bu il ustalar arasında keçirilmiş Avropa çempionatında qalib gəldim. Sonra yeniyetmələrin dünya birinciliyinə hazırlaşdım. Orada da ən yüksək nəticə qazandım. Yayda Kazanda təşkil olunmuş tələbələrin universiadasına da yaxşı məşq etmişdim. Sadəcə, yarışa 15 gün qalmış zədələndim. Ona görə, həmin rəqabətdə uğurlu çıxış edə bilmədim. Polşada keçirilən dünya çempionatı barədə də bunu söyləyə bilərəm. Zədəmi sağaldıb, güclü hazırlaşmaq üçün vaxt lazım idi. Hər halda, orada aşağı nəticə göstərmədim: sonda 4-cü oldum.
 
- Gələn il əsas hədəfiniz nədən ibarət olacaq?
- 2014-cü ildə Qazaxıstanın Almatı şəhərində təşkil olunacaq dünya çempionatı Rio olimpiadasına lisenziya xalı verəcək. Həmin yarışda qəti sözümü demək – çempion olmaq istəyirəm! Qələbəmlə, həm də Rio-2016-ya daha çox atletlə yollanmağımızı arzulayıram.
 
- Ağırlıqqaldırmanın 1-ci Avropa oyunlarının proqramına salınması şansı qalır. Bu idman növünün Bakı-2015-ə qatılacağı təqdirdə, sizin hazırlıq planlarınızda hansı yenilik və dəyişikliklər gözlənilir?
- Bu oyunlar ilk olduğu üçün, həmin mübarizədə iştirak edib, qalib gəlməyin ayrı ovqatı olacaq. Düşünürəm ki, 1-ci Avropa oyunları Rio-2016-ya körpü rolunu oynaya bilər.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.