17 oktyabr 2013 12:03
Ağırlıqqaldıranlarımız ciddi sınaq qarşısında
20-28 oktyabrda Polşa paytaxtı Varşavada ağırlıqqaldıranlar arasında dünya çempionatı keçiriləcək. Azerisport.az xəbər verir ki, bu mötəbər yarışda milli komandamız da iştirak edəcək.
Məşqçilər korpusu adıçəkilən rəqabətdə geniş heyətlə təmsil olunmamağa qərar verib.
Belədə, planetin ən güclülərinin yarışında ölkəmizi yalnız 3 idmançı - Valentin Xristov (62 kq), Firudin Quliyev (69 kq) və Kristina Yovu (53 kq) təmsil edəcəklər.
