24 sentyabr 2013 12:36

Elxan Əliquluzadə də AÇ-də qızıl medal qazandı (FOTO, VİDEO)

Estoniyanın Tallin şəhərində 20 və 23 yaşa qədər gənclər arasında ağır atletika üzrə Avropa Birinciliyi start götürüb. Azerisport.az xəbər verir ki, ilk gün Azərbaycan yığması üçün çox uğurlu alınıb.
 
23 yaşa qədər oğlanlar arasında Yuri Dudoqlo 62 kq çəki dərəcəsində qızıl medal qazanıb. Ondan sonra isə körpücük üzərinə Elxan Əliquluzadə çıxıb. “Zirvə” İdman Klubunun 18 yaşlı yetirməsi 20 yaşa qədər oğlanlar arasında 69 kq çəki dərəcəsində mübarizə aparıb və möhtəşəm çıxış edərək çempion adına layiq görülüb.
 
Birdən qaldırma hərəkətində Elxan əvvəlcə 130 kq-ı ram edib. İkinci yanaşmasında 135 kq sifariş verən Əliquluzadə, bu çəkinin də öhdəsindən gəlib. Üçüncü yanaşmasındakı 137 kq-a güc gələ biləməyən atletimiz bu hərəkətdə ikinci yeri tutub.
 
Təkanla qaldırma hərəkətində isə atletimiz daha uğurlu çıxış edib. Əvvəlcə 160, sonra isə 166 kq-ı ram edən Əliquluzadə bu hərəkətdə qızıl medalı təmin edib. Ancaq ümumi çempionluq üçün bu yetərli deyildi. Gürcü rəqibi Şota Mişvelidze birdən qaldırma hərəkətində ondan 8 kq artıq qaldırdığından, Elxan bunun əvəzini təkanla qaldırmada çıxmalıydı. Üstəlik, şəxsi çəkisi gürcüdən çox olması, atletimizin işini daha da çətinləşdirib. Belədə, lənkəranlı gənc ağırllıqqaldıranımız çempionluq üçün rəqibindən 9 kq çox çəki qaldırmağa məcbur idi. Və o, bu işin öhdəsindən layiqincə gəlib. Mişvelidzenin 165 kq-ına 174 kq-ı ram etməklə cavab verən Elxan Əliquluzadə Avropa çempionu olub.
 
Toplamda 309 kq (135 kq + 174 kq) nəticə ilə qızıl medal qazanan atletimizin ötən il yeniyetmələr arasında Avropa birincliyində bürünc medala yiyələndiyini də xatırladaq.
 

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.