4 iyul 2013 14:04

Moldova ən yaxşı idmançısını Azərbaycana 50 min dollara satdı

Moldovada 2012-ci ilin ən yaxşı qadın idmançısı seçilmiş Kristina Yovunun Azərbaycanın ağırlıqqaldırma üzrə milli komandasında çıxışına rəsmən icazə verilib. Azerisport.az xəbər verir ki, bu barədə Moldova Ağır Atletika Federasiyasının prezidenti Tudor Kasapu açıqlama verib.
 
O bildirib ki, Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) bu transfer üçün Moldova tərəfinə 50 min dollar ödəyib. Həmin vəsait isə İsveçdən 12 ştanqın və digər avadanlıqların alınmasına sərf olunub. Kasapunun sözlərinə görə, AAAF Yovuya ayda 10 min dollar və hazırlıq üçün yaxşı şərait vəd edib: “Başqa çıxış yolumuz yox idi. Bizə təklif olunan vəsaitlə razılaşmalı olduq. Razılaşmasaydıq, qaydalara əsasən, Yovu iki ildən sonra Azərbaycan yığmasına sərbəst keçəcəkdi və biz bundan heç nə qazanmayacaqdıq”.
 
Moldovanın gənclər və idman naziri Oktavian Bodiştyanu isə dövlətin federasiyanın işinə qarışmağa ixtiyarı olmadığını deyib: “Biz bundan xəbər tutanda gec idi. Ola bilsin, Yovu Azərbaycana vurulub və ya bizim bilmədiyimiz məsələlər var”.
 
Bu ilin əvvəllərində Yovuya qarşı Azərbaycandakı təlim-məşq toplantısından qayıtmaması səbəbindən Moldovada fərarilik ittihamı ilə cinayət işi qaldırılıb. Yovu Moldovanın Sərhəd Qoşunlarındakı vəzifəsindən istefa verdiyini açıqladıqdan sonra cinayət işi xətm olunub. Yeni idmançının Azərbaycan millisində debütü iyulun 6-da Rusiyanın Kazan şəhərində start götürəcək universiadaya təsadüf edəcək. O, 58 kq çəki dərəcəsində yarışacaq.
 
Qeyd edək ki, Kristina Yovu 2012-ci il Avropa çempionatında qızıl, London Yay Olimpiya Oyunlarında isə bürünc medal qazanıb. (lent.az)

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.