28 may 2013 01:49

BAAF növbəti dörd il üçün prezidentini seçdi (FOTO)

Macarıstanlı Tomaş Ayan yenidən dörd il müddətinə Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti seçilib. Azerisport.az xəbər verir ki, bu haqda qərar BAAF-ın Moskvada keçirilən hesabat seçki konfransında qəbul olunub.
 
Konqresdə iştirak edən 137 nümayəndədən 80-i BAAF-ın hazırkı prezidentinin lehinə səs verib.
 
T.Ayan Beynəlxalq Ağır Atletika Federasiyasına (IWF) 2000-ci ildən rəhbərlik edir. Peşəkarlığı, səriştəsi, ustalığı və məsuliyyəti sayəsində T. Ayan BAAF-ın prezidenti olduğu 12 il ərzində ağır atletika üzrə yarış coğrafiyasını xeyli genişləndirə bilib. Bu da öz növbəsində dünyada ağır atletikanın populyarlaşması ilə nəticələnib.
 
Qeyd edək ki, Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) prezidenti postuna 6 nəfər namizədliyini irəli sürmüşdü. Onlardan 4-ü – Çin, ABŞ, Bolqarıstan və Rumıniyadan olan nümayəndələr namizədliyini geri götürmüşdür. Tomaş Ayanın yeganə rəqibi Avropa ağır atletika federasiyasının prezidenti Antonio Urso isə cəmi 55 səs toplaya bilib.
 
Hesabat seçki konfransında Ma Benquanq baş katib, Niko Vlad isə I vitse – prezident seçilib.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.