28 may 2013 01:37

Avropa çempionatında səkkiz medal və dünya rekordu!

18-25 may 2013-ci il tarixində Türkiyə Respublikasının Quşadası şəhərində 23-ci kişi və 21-cu qadın Usta ağır atletləri arasında Avropa çempionatı başa çatıb. Azerisport.az xəbər verir ki, 27 ölkənin 300-dən çox atletinin iştirak etdiyi Avropa çempionatında Azərbaycan 2 qadın və 8 kişi veteran idmançısı ilə təmsil olunub.
 
Qadınlardan Şahverdi Xatirə 45-49 yaş qrupunda 63 kq çəki dərəcəsində ikinci yeri (32+45=77 kq), Rzayeva Səbinə 35-39 yaş qrupunda 69 kq çəki dərəcəsində birinci yeri (60+75=135 kq) tutub.
 
Kişilərdən isə Jilyayev Vladimir 65-69 yaş qrupunda 85 kq çəki dərəcəsində birinci yerə çıxıb. O, birdən qaldırma hərəkətində isə 117 kq çəkinin öhdəsindən gələrək yeni dünya rekordunu müəyyənləşdirib (85+117=202 kq).
 
Alıyev Akif 50-54 yaş qrupunda 56 kq çəki dərəcəsində (70+80=150 kq), Əliyev Emil isə 35-39 yaş qrupunda 105 kq çəki dərəcəsində birinci yeri (150+167=317 kq) tutub.
 
Hümbətli Aftandil 35-39 yaş qrupunda 69 kq çəki dərəcəsində gümüş medal qazanıb (102+129=231 kq).
 
Əliquliyev Teymur 45-49 yaş qrupunda 85 kq çəki dərəcəsində (93+121=214 kq), Ağayev Natiq isə 45-49 yaş qrupunda 105 kq çəki dərəcəsində (101+115=216 kq) üçüncülüklə kifayətlənib.
 
Ağayev Namiq 45-49 yaş qrupunda 77 kq çəki dərəcəsində 5-ci yerlə kifayətləndiyi halda, Məmmədov İltifat 45-49 yaş qrupunda 94 kq çəki dərəcəsində uğursuzluqla üzləşib.
 
Beləliklə, veteran ağır atletlərimiz Avropa çempionatında 4 qızıl,2 gümüş və 2 bürünc medal əldə ediblər.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.