12 may 2013 02:07

Dünya çempionatında 3-cü olduq!

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında dünya birinciliyi başa çatıb. Azerisport.az xəbər verir ki, 2-11 may tarixləri arasında keçirilən mötəbər turnir Azərbaycan ağır atletika tarixində xüsusi yer tutub.
 
Belə ki, ilk dəfə yığma komandamız dünya çempionatlarında medal sayına görə 3-cü yeri tutub. Yığmamız yarışa heç də tam heyətlə qatılmamışdı. Qızlarımızın iştirak etmədiyi turnirdə, oğlanlardan Xristov Valentin 62 kq, Quliyev Firidun 69 kq, Rəhimov Nicat və Əliqulizadə Elxan 77 kq, İsmayılov Kamran 85 kq və Nəbiyev Nailxan 94 kq-da qüvvəsini sınadılar.
 
Dünya çempionatında toplamda aktivimizə üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – yazıldı. 94 kq-da Nailxan Nəbiyevin ümumi sıralamda medal qazanmasına isə şəxsi çəkisinin rəqibindən artıq olması mane oldu. Buna baxmayaraq, o, təkanla qaldırmada qızıl medal qazanaraq, ümumi medal sayımıza öz töhfəsini verə bildi.
 
Beləliklə, medal sayında (1-1-1) dünya çempionatında kişilər arasında 3-cü yeri tutduq. Birinci pillədə Rusiya (5-2-1), ikinci pillədə isə onlardan cəmi bir medal geri qalan Çin (5-2-0) qərarlaşdı. Ümumi medal sayı (birdən qaldırma + təkanla qaldırma + toplam) 9-a bərabər olan milli komandamız (4-3-2) bu sıralamada da dünya 3-cülüyünü qazandı. Yenə də Rusiya (10-5-3) 1-ci, Çin isə (5-3-2) bizdən cəmi bir medal artıq qazanaraq 2-ci oldu.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.