10 may 2013 12:05

Nəbiyevin medal qazanmasına 1,5 kq çatmadı

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi sona yaxınlaşır. Azerisport.az xəbər verir ki, aktivində üç medal – Valentin Xristov (62 kq) qızıl, Nicat Rəhimov (77 kq) gümüş və Firudin Quliyev (69 kq) bürünc – olan Azərbaycan milli komandasının üzvlərindən sonuncusu bu gün səhər saatlarında mübarizəyə qoşulub.
 
Nailxan Nəbiyev 94 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Təəssüf ki, idmançımız medal şansını son anda əldən verib.
 
Birdən qaldırma hərəkətində baş verənlər, idmançımıza toplamda uğur qazanamağa mane oldu. Bu hərəkətdə bir qədər uğursuz çıxış edən həmyerlimiz, üç yanaşmadan sonra yalnız 160 kq-a güc gələ bilib. Bu ağırlıq isə Nailxan Nəbiyevə birdən qaldırmada yalnız 5-ci olmaq imkanı verib.
 
Atletimiz təkanla qaldırmada durumu düzəltməyə çalışıb. 205 kq-lıq ştanqı ram edən Nailxan, bütün rəqiblərini üstələyib. Bu hərəkətdə qızıl medala sahib çıxan Nəbiyevə, toplamda medal qazanmaq üçün… şəxsi çəkisinin bir qədər ağır olması mane olub.
 
Toplamda 365 kq (160 kq + 205 kq) nəticə göstərən Nailxan Nəbiyev, eyni nəticəyə – 365 kq (165 kq + 200 kq) nail olan misirli rəqibi Ossama Xəttaba yalnız şəxsi çəkidə uduzub. Nailxan 93, 11 kq olduğu halda, rəqibinin çəkisi 91, 61 kq olub. Bu, isə yalnız 4-cülük üçün yetərli olub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.