8 may 2013 14:12

Azərbaycan DÇ-də daha bir medal qazandı (FOTO)

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi tam sürətlə davam edir. Azerisport.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvlərindən qızıl medal qazanmış Valentin Xristov (62 kq) və bürünc medal qazanmış Firudin Quliyevdən (69 kq) sonra körpücükü üzərinə daha iki idmançımız çıxıb.
 
Elxan Əliquluzadə və Nicat Rəhimov 77 kq çəki dərəcəsində qüvvələrini sınayıblar.
 
Yarış milli komandamız üçün uğurlu başlamayıb. Birdən qaldırma hərəkətində əvvəlcə 140 kq-ın öhdəsindən gələn Elxan Əliquluzadə, sonrakı yanaşmalarda 145 və 147 kq çəkili ştanqı ram edə bilməyib. Birinci yanaşmadan sonra aldığı zədə idmançımıza bu hərəkətdə ancaq 7-ci olmaq imkanı verib. Ancaq ağrılar üzündən təkanla qaldırma hərəkətinə çıxa bilməyən Elxan, yarışı yarımçıq bitirmək məcburiyyətində qalıb.
 
Ancaq gün Azərbaycan komandası üçün uğurla sona çatıb. Yeniyetmələr üzrə ilk Olimpiya çempionumuz Nicat Rəhimov, gümüş medal qazanaraq bizləri sevindirib.
 
Birdən qaldırma hərəkətində 153 kq-ı iki cəhddə ram edən Rəhimov, üçüncü yanaşmasında 158 kq sifariş verib. Ancaq onu ram edə bilməyib. Buna baxmayaraq, Nicat bu hərəkətdə 3-cü yeri tutub.
 
Təkanla qaldırma hərəkətində isə idmançımız nisbətən yaxşı çıxış edib. Əvvəlcə 185, sonra isə 187 kq çəkini başı üzərinə qaldıran Rəhimov, son yanaşmasında 192 kq-la çempionluq cəhdi edib. Ancaq bu cəhdi uğurlu alınmayıb. Buna baxmayaraq, Nicat Rəhimov bu hərəkətdə ikinci ola bilib.
 
Toplamda 340 kq (153 kq + 187 kq) nəticə ilə Nicat Rəhimov gənclər arasında dünya çempionatının gümüş medalına sahib çıxıb.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.