7 may 2013 13:20

Dünya çempionatında növbəti medal (FOTO)

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxmış və 62 kq çəki dərəcəsində dünya çempionu adını qazanmışdı.
 
Bu gün səhər saatlarında isə daha bir gəncimiz medallar uğunda mübarizəyə qoşulub. Firudin Quliyev 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb. 19 yaşlı atletimiz milli komandamızın gözəl çıxışını davam etdirib və dünya çempionatında bürünc medala yiyələnib.
 
Birdən qaldırma hərəkəti Firudin üçün uğurlu alınmayıb. O, 132 kq çəkinin öhdəsindən yalnız ikinci cəhddə gəlib, üçüncü yanaşmada isə 135 kq-ı ram edə bilməyib. Nəticədə Quliyev bu hərəkəti 5-ci yerdə bitirib.
 
Təkanla qaldırma hərəkətində isə idmançımız durumu düzəldib. İlk yanaşmasında 176 kq-ı ram edən Firudin, toplamda ən azı bürünc medalı təmin edib. Növbəti sifariş 184 kq olub. Ancaq Quliyev bu çəkinin öhdəsindən iki yanaşmada gələ bilməyib. Gəlsəydi, dünya çempionluğunu təmin edəcəkdi. Buna baxmayaraq, idmançımızı təkanla qaldırmada gümüş medal qazanıb.
 
Toplamda 308 kq (132 kq + 176 kq) nəticə ilə “Zirvə” İdman Klubunun yetirməsi Firudin Quliyev dünya çempionatının bürünc medalını qazanıb. Karyerasında ilk dəfə belə bir uğur imza atan atletimizi bu münasibətlə təbrik edir, ona qarşıdakı yarışlarda da qələbələr arzulayırıq.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.