6 may 2013 17:21

Yığmamızın üzvündən yeni rekord və dünya çempionluğu! (FOTOLAR)

Perunun Lima şəhərində ağır atletika üzrə gənclər arasında Dünya birinciliyinə start verilib. Azerisport.az xəbər verir ki, yarışda Azərbaycan ağır atletlərindən ilk olaraq Valentin Xristov körpücük üzərinə çıxıb.
 
Böyüklər arasında ikiqat Avropa çempionu olan idmançımız, 62 kq çəki dərəcəsində mübarizə aparıb. Fantastik çıxış edən atletimiz dünya çempionu adını qazanıb. O, qələbə ilə yanaşı, dünya rekordunu da yeniləyib.
 
Birdən qaldırma hərəkətində hər üç yanaşmasını uğurla yerinə yetirən Xristov, əvvəlcə 130, sonra 135, sonda isə 138 kq çəkinin öhdəsindən gəlib. Bu nəticə ilə o, bu hərəkətdə qızıl medala yiyələnib.
 
Təkanla qaldırma hərəkətində Valentin əvvəlcə 166 kq-ı ram edib. Hadisələrin sonrakı axarı isə maraqlı alınıb. Rəqiblərinin heç biri ondan daha artıq çəkini qaldıra bilmədiyindən o, cəmi bir yanaşma ilə həm təkanla qaldırmada, həm də toplamda qızıl medalları təmin edərək dünya çempionu adını qazanıb.
 
Belədə Xristov təkanla qaldırmada gənclər arasında dünya rekordunu yeniləmək qərarına gəlib. İlk cəhdi uğursuz alınsa da, üçüncü yanaşmasında istəyinə çatıb. 178 kq çəkili ştanqı başı üzərinə qaldıran Xristov, çinli Yanq Fanın 2007-ci ildə Tayvanda müəyyənləşdirdiyi rekordu (177 kq) yeniləyib.
 
Toplamda 316 kq (138 kq + 178 kq) nəticə ilə dünya çempionu olan Xristov, dünyada rəqib tanımadığını sübut etməkdə davam edir. Ardıcıl Avropa çempionluqlarından sonra, indi də titulları arasında gənclər arasında dünya çempionluğunu yazdıran Valentini, hələ daha böyük uğurların gözlədiyi şübhəsizdi. Hələ cəmi 19 yaşı olan atletin qazandığı bu uğurun axırıncı yox, axarıncı olmasına inanırıq.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.