16 aprel 2013 12:02

Avropa çempionatında uğur qazanmış yığmamız vətənə döndü

Albaniyanın paytaxtı Tiranada keçirilən ağır atletika üzrə Avropa çempionatında uğurla çıxış etmiş Azərbaycan milli komandasının üzvləri aprelin 16-da Vətənə qayıdıblar. Azerisport.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda idmançıların təntənəli qarşılanma mərasimi olub.
 
Yerli azarkeşlər, qaliblərin doğmaları və yaxınları onları gül-çiçək dəstələri ilə qarşılayıblar. Gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov idmançılarımızın qazandıqları uğurları tarixi hadisə kimi qiymətləndirib, ölkəmizdə idmana göstərilən diqqət və qayğıdan danışıb.
 
Qeyd edək ki, çempionatda milli komandamız 2 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıb. Ümumi komanda hesabında millimiz ikinci pillədə qərarlaşıb. Bu, ötən ilki uğurun təkrarıdı. Xatırladaq ki, 2012-ci ildə Türkiyənin Antalya şəhərində keçirilən Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanmışdı.
 
Avropa çempionu, London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov bu çempionatda təkanla qaldırma üzrə yerinə yetirdiyi iki uğurlu yanaşma ilə bir neçə Avropa rekordunu yeniləyib. Birinci yanaşmada 170 kiloqramı ram edən idmançımız bununla Avropanın həm gənclər, həm də yaşı 23-dək olan idmançılar arasında rekordunu təzələyib.
 
Gənclər arasında Avropa rekordu rus atleti Sergey Petrosyana məxsus idi. O, 2008-ci il aprelin 15-də İtaliyanın Linyano şəhərində keçirilən çempionatda bu nəticəni qazanmışdı. Yaşı 23-dək olan idmançıların təkanla qaldırma rekordu da rusiyalı Pavel Suxanova məxsus idi. O, 2011-ci il sentyabrın 12-də Rumıniyanın paytaxtı Buxarestdə 163 kiloqramın öhdəsindən gəlmişdi. Bu yaş qrupunda toplamdakı rekord isə türkiyəli Bünyamin Sezərin adına yazılıb. O, 2011-ci il aprelin 12-də Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında 298 kiloqramı ram etmişdi. Valentin Xristov isə toplamda 307 kiloqram nəticə göstərərək həm Avropada toplam rekordu, həm də öz rekordunu yeniləmiş olub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.