13 aprel 2013 20:53

İntiqam Zairov Avropa çempionu oldu!

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatı bitmək üzrədi. Azerisport.az xəbər verir ki, milli komandamızın üzvlərindən son olaraq körpücük üzərinə İntiqam Zairov çıxıb.
 
O, 94 kq çəki dərəcəsində mübarizə aparıb. İdmançımız qızıl medala əsas namizədlərdən idi. Sonda hər şey məhz biz istəyən kimi oldu.
 
Birdən qaldırma hərəkətində hər üç yanaşmanı uğurla yerinə yetirən İntiqam Zairov elə startdaca bütün rəqiblərini susdurdu. Əvvəlcə 173, sonra 177, son yanaşmasında isə 180 kq-ı ram edən atletimiz, şəksiz liderliyi ələ keçirdi. Onun ən yaxın izləyicisi – Rinat Kireyevi birdən-birə 7 kq qabaqlaması fantastik nəticəydi. Üstəlik, şəxsi çəkisi rəqibindən az olan İntiqam, rus atleti lap pis vəziyyətdə qoymuşdu. Çünki Kireyev qızıl medal qazanmaq üçün Zairovun nəticəsindən ən azı 8 kq artıq çəkini ram etməliydi. Bu isə demək olar ki, mümkün deyil.
 
Təkanla qaldırma hərəkəti də idmançımız üçün uğurlu keçdi. O, ilk olaraq 210 kq-ın öhdəsindən gələrək, əsas rəqibini düz 9 kq qabaqladı. İkinci yanaşmada 215, daha sonra isə 216 kq-ı qaldıran Zairov təkanla qaldırmada da qızıl medal qazandı.
 
Beləliklə, İntiqam Zairov toplamda 396 kq (180 kq + 216 kq) nəticə göstərək Avropa çempionu adını qazandı. Nəticədə, ötən il Antalyadakı Avropa çempionatında bəxtsizlik yaşayan atletimiz, bunun əvəzini artıqlamasıyla çıxa bildi.
 
Qeyd edək ki, təcrübəli idmançımız üçün bu, karyerasında ən böyük uğurdu. İntiqam indiyə qədər bir çox beynəlxalq turnirlərdə – dünya və Avropa çempionatlarında, Olimpiya Oyunlarında iştirak etsə də, medalı yalnız bir dəfə – 2009-cu ildə Buxarestdə keçirilən Avropa çempionatında qazanmışdı. Həmin vaxt 85 kq çəki dərəcəsində çıxış edən Zairov gümüş medala sahib çıxmışdı. Tiranadakı qələbə idmançımız üçün karyerasının zirvəsi oldu. Cəmi bir həftədən sonra 28 yaşını qeyd edəcək atletimiz, bu qızıl medalla özünə möhtəşəm ad günü hədiyyəsi etdi.
 
Milli komandamız isə Avropa çempionatını 2 qızıl, 2 gümüş və 1 bürünc medalla bitirdi. Bu, ötənilki uğurun təkrarı deməkdi. Türkiyənin Antalya şəhərində keçirilən 2012-ci il Avropa çempionatında Azərbaycan yığması 3 qızıl və 2 bürünc medal qazanmışdı.
 
Hazırda ümumi sıralamada yalnız Rusiya yığmasından geri qalırıq. Yarışlar aprelin 14-də başa çatacaq və milli komandamızın yekun mövqeyi müəyyənləşəcək.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.