10 aprel 2013 17:17

Xristov 8 Avropa rekordunu yenilədi

Albaniyada keçirilən ağır atletika üzrə Avropa çempionatında qızıl medala sahib çıxan Valentin Xristovun qələbə qazanması gözlənilən oldu. Azerisport.az xəbər verir ki, gənc atlet rəqiblərindən üstün olduğunu hər dəfə sübut edir. Dünənki çıxış da buna bir misaldı.
 
Belə ki, Xristov 62 kq çəki dərəcəsinin təkanla qaldırma hərəkətində yerinə yetirdiyi iki uğurlu yanaşma ilə birdən-birə 8 rekord yeniləyib. Birinci yanaşmada 170 kq-ı ram edən idmançımız bununla Avropanın həm gənclər, həm də yaşı 23-ə qədər olan idmançılar arasında rekordunu yeniləyib.
 
Gənclər arasında Avropa rekordu erməni əsilli rus atleti Sergey Petrosyana məxsus idi. O, 15 aprel 2008-ci ildə İtaliyanın Linyano şəhərində keçirilən çempionatda bu nəticəni qazanmışdı. O vaxt 302 kq nəticə göstərən Petrosyan həm də toplamda gənclər arasında Avropa rekordunu müəyyənləşdirmişdi.
 
Yaşı 23-ə qədər olan idmançıların təkanla qaldırma rekordu da rus Pavel Suxanova məxsus idi. O, 12 sentyabr 2011-ci ildə Rumıniyanın paytaxtı Buxarestdə 163 kq-ın öhdəsindən gəlmişdi. Bu yaş qrupunda toplamdakı rekord isə türk Bünyamin Sezərə məxsus idi. O, 12 aprel 2011-ci ildə Rusiyanın Kazan şəhərində keçirilən Avropa çempionatında 298 kq nəticə göstərmişdi.
 
Valentin Xristovun birinci yanaşmasında ram etdiyi 170 kq, həm də toplamda 307 kq demək idi. Göründüyü kimi bir cəhdlə bu rekordların dördünü də yeniləyən atletimiz, 175 kq çəkini də rahatlıqla başı üzərinə qaldırdı. Bu isə artıq öz rekordlarının bir daha yenilənməsi demək idi.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.