10 aprel 2013 21:51

Sərdar Həsənov Avropa çempionatında gümüş medal qazandı!

Albaniyanın paytaxtı Tirana şəhərində keçirilən kişilər və qadınlar arasında Avropa çempionatında Azərbaycan milli komandasının möhtəşəm çıxışı davam edir. Azerisport.az xəbər verir ki, aktivində 1 qızıl (Valentin Xristov 62 kq), 1 gümüş (Silviya Angelova 48 kq) və 1 bürünc (Zülfüqar Süleymanov 62 kq) medal olan yığmamız ümumi sıralamada lider idi.
 
Bu gün isə daha bir atletimiz körpücük üzərinə çıxıb. Sərdar Həsənov 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb. Onun qazanacağı istənilən medal, komandamızın liderliyini qorumaq üçün yetərli olacaqdı. Təcrübəli idmançımız uğur seriyamızı davam etdirərək karyerasında bir ilkə də imza atdı.
 
Baxmayaraq ki, birdən qaldırma hərəkəti Sərdar üçün uğursuz başladı. İdmançımız birinci sifariş verdiyi çəkini – 145 kq-ı yalnız ikinci yanaşmada ram edə bildi. Üçüncü yanaşmada 150 kq-ı əminliklə başı üzərinə qaldıran Həsənov bu hərəkətdə “kiçik” gümüş medalı təmin etdi. O, ən yaxın izləyicisi albaniyalı Daniel Qodellini 5 kq qabaqladı.
 
Təkanla qaldırma hərəkəti də Sərdar üçün təxminən eyni cür keçdi. Birinci sifariş evrdiyi 173 kq-ı yalnız ikinci cəhddən qaldıran atletimiz, sonuncu yanaşmasında 176 kq-ı ram etdi. Bu çəki ona bu hərəkətdə 3-cü yeri tutaraq daha bir “kiçik” – bu dəfə bürünc medal qazanmaq imkanı verdi.
 
Toplamda 326 kq (150 kq + 176 kq) nəticə göstərən atletimiz Avropa çempionatında gümüş medala sahib çıxdı. Bu, həm milli komandamız, həm də idmançının öz adı baxımından böyük uğurdur. Yetərincə təcrübəli olan Sərdar dəfələrlə dünya və Avropa çempionatlarında, həmçinin Olimpiya Oyunlarından iştirak etsə də, hər dəfə bəxt ondan üz döndərirdi. Ancaq bu dəfə bütün əzmini bir yerə toplayan atlet, əla çıxış edərək birdən-birə gümüş medala sahib çıxdı.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.