10 aprel 2013 01:17

Millimiz dünya çempionatında yenə uğursuzluqla üzləşdi

Özbəkistanın Daşkənd şəhərində ağır atletika üzrə yeniyetmə oğlanlar və qızlar arasında Dünya Birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün də milli komandamızın üzvləri körpücük üzərinə çıxıblar.
 
Oğlanların yarışında 56 kq çəki dərəcəsinin B qrupunda iki atletimiz – Əhmədov Esmin və İmanzadə Rüstəm mübarizə aparıb.
 
İdmançılarımız təxminən eyni cür çıxış ediblər. İmanzadə birdən qaldırmada əvvəlcə 90 kq, sonra isə iki cəhddə 95 kq-ı ram edib. Bu nəticəylə o, bu hərəkətdə 5-ci olub.
 
Əhmədov isə əvvəlcə 85 kq-ı başı üzərinə qaldırıb. Ancaq 90 kq-ı iki dəfəyə qaldıra bilməyən Esmin, bu hərəkətdə 19-cu pillədə qərarlaşıb.
 
Təkanla qaldırmada İmanzadə 115 kq-ı uğurla qaldırandan sonra, 120 kq-ı iki dəfə ram edə bilməyib. Nəticədə o, bu hərəkətdə 9-cu yeri tutub.
 
Əhmədov isə 110 kq-ı iki cəhddə qaldırandan sonra, 116 kq-a gəlib və onu uğurla qaldırıb. Esmin bu hərəkətdə 8-ci olub.
 
Toplamda B qrupunda Rüstəm İmanzadə 210 kq-la (95 kq + 115 kq) 8-ci, Əhmədv Esmin isə 201 kq-la (85 kq + 116 kq) 11-ci yeri tutub.
 
Millimizin oğlan üzvlərindən sonra bir qızımız da mötəbər yarışda gücünü sınayıb. Məhərrəmova Mərziyyə 48 kq çəki dərəcəsinin “A” qrupunda çıxış edib.
 
İlk dəfə dünya çempionatında yarışan gənc atletimiz birdən qaldırma hərəkətində əvvəlcə 60 kq çəkinin öhdəsindən gəlib. Ancaq təəssüf ki, sonra sifariş verdiyi 63 kq-ı ram etmək Mərziyyəyə qismət olmayıb.
 
Məhərrəmmova təkanla qaldırma hərəkətində bir qədər yaxşı çıxış edib. O, əvvəlcə 75 kq, sonra isə 78 kq-ı başı üzərinə qaldıra bilib. Mərziyyənin 80 kq-a yanaşması isə uğursuz alınıb.
 
Beləliklə, yarışları toplam 138 kq-la (60 kq + 78 kq) başa vuran idmançımız yekun sıralamada 12-ci yeri tutub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.