5 dekabr 2012 01:46

Həmyerlimiz Avropa çempionu oldu

İsrailin Eylat şəhərində keçirilən yaşı 20 və 23-ə qədər olan ağır atletlər arasında Avropa birinciliyi davam edir. Azerisport.az xəbər verir ki, ötən gün milli komandamızın daha bir üzvü körpücük üzərinə çıxıb.
 
İstedadlı gənc atletimiz Firudin Quliyev yaşı 20-dək olan idmançıların yarışında 69 kq çəki dərəcəsində qüvvəsini sınayıb və Avropa çempionu adını qazanıb.
 
"Zirvə" idman klubunun yetirməsi olan Firudin təkanla qaldırma həkərətində möhtəşəm çıxış edərək qızıl medal qazanıb.
 
Birdən qaldırma hərəkətində 136 kq nəticə göstərən idmançımız əsl gücünü təkanla qaldırma hərəkətində göstərib. Bu hərəkətdə əvvəlcə 172 kq-ı başı üzərinə qaldıran Quliyev sonra 180 kq-ı ram edərək Avropa çempionu olub. Firudin son yanaşmasında 190 kq sifariş verərək gənclər arasında Avropa və dünya rekordunu yeniləmək istəyib. Ancaq təəssüf ki, ştanq atletimizə ram olmayıb. Buna baxmayaraq, toplamda 316 kq (136 kq + 180 kq) nəticə göstərən Firudin Quliyev, ən yaxın izləyicisini 2 kq qabaqlayaraq Avropa çempionu olub.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.