21 sentyabr 2012 17:23

Azərbaycanlı atletlər hələ ki, dünya çempionatında uğura həsrətdilər

Slovakiyanın Koşitse şəhərində keçirilən yeniyetmələr arasında 3-cü dünya çempionatında növbəti yarış günüdü. Azerisport.az xəbər verir ki, bu gün idmançılarımızdan körpücük üzərinə Dadaş Dadaşbəyli çıxıb. O, 85 kq çəki dərəcəsində “B” qrupunda mübarizə aparıb.
 
Dadaş birdən qaldırmaya 115 kq-ı qaldırmaqla uğurla başlayıb. Ancaq sonrakı 121 kq-lıq çəkini o, iki yanaşmada ram edə bilməyib və bu hərəkətdə 5-ci yeri tutub.
 
Təkanla qaldırmada əvvəlcə 140 kq, sonra isə 145 kq-ı qaldıran Dadaşbəyli, son yanaşmasında 150 kq-la güc gələ bilməyib. Nəticədə o həm bu hərəkətdə, həm də 260 kq-la (115 kq + 145 kq) toplamda 5-ci yeri tutub.
 
Bir gün öncə isə iki idmançımız körpücük üzərinə çıxaraq qüvvələrini sınayıblar. 69 kq çəki dərəcəsində Ceyhun Tağızadə və Elxan Əliquluzadə bacarıqlarını nümayiş etdiriblər.
 
Birdən qaldırmada Ceyhun əvvəlcə 110 kq, sonra isə 117 kq çəkinin öhdəsindən rahatlıqla gəlib. Ancaq təəssüf ki, üçüncü yanaşmada 122 kq-ı ram etmək Tağızadəyə qismət olmayıb. Bu nəticə ilə Ceyhun birdən qaldırmada 9-cu yeri tutub.
 
Bu hərəkətdə Elxan Əliquluzadə ilk yanaşmasında 125 kq-ı qaldırıb. Sonrakı çəki olan 131 kq-ı yalnız iki cəhddə qaldıran gənc idmançımız, bu hərəkətdə 4-cü yeri tutub.
 
Təkanla qaldırma hərəkətində Ceyhun Tağızadə hər üç cəhdini uğurla yerinə yetirdi. O, növbə ilə 143, 148 və 151 kq-lı ştanqı başı üzərinə qaldıraraq, həm bu hərəkətdə, həm də toplamda 268 kq-la (117 kq + 151 kq) 8-ci yeri tutub.
 
Bir neçə gün əvvəl başa çatan Avropa çempionatında bürünc medal qazanan Elxan Əliquluzadə, bu dəfə medaldan cəmi bir neçə kiloqram uzaq qalıb.
 
“Zirvə” İdman Klubunun yetirməsi olan Elxan, sona qədər mübarizə aparsa da, istəyinə nail ola bilməyib. O, təkanla qaldırmada əvvəlcə 161 kq-ı qaldırıb. Daha sonar 167 kq sifariş verən idmançımız, bu çəkini növbəti iki cəhddə ram edə bilməyib.
 
Nəticədə toplamda 292 kq-la (131 kq + 161 kq) Əliquluzadə dünya çempionatında 4-cü yeri tutub. İdmançımızın son çəkini qaldırarkən axıra qədər mübarizə aparması tamaşaçıların xoşuna gəlib və Elxan çəkini qaldıra bilməsə də, alqışlanıb.
 
3-cü yerə 297 kq-la qazax Albert Linder, 2-ci yerə 298 kq-la rus Xetaq Xuqayev lazyiq görülüb.
 
Bu çəkidə 1-ci yeri isə iraqlı Kərrar Məhəmməd Kadhum qazanıb. 0, əvvəlcə birdən qaldırmada 143 kq nəticə göstərib ki, bu da yeniyetmələr arasında bu hərəkətdə dünya rekordu deməkdir. Bu rekord indiyə qədər 142 kq idi və onun müəllifi erməni Tiqran Martirosyan idi.
 
Təkanla qaldırmada 168 kq-a güc gələn Kərrar, toplamda 311 kq çəki toplayıb və daha bir dünya rekordunu yeniləyib. Bu nəticə albaniyalı atlet Erkand Gerimayın 310 kq olan rekordundan 1 kq çoxdur.
 
Maraqlıdır ki, iraqlı idmançı təkanla qaldırma hərəkətində rekordu yeniləyə bilməyib. Bu rekordun müəllifi isə azərbaycanlı Firudin Quliyevdir. “Zirvə” İdman Klubunun yetirməsi ötən il Buxarestdə 173 kq-ı qaldıraraq dünya rekordunu yeniləmişdi.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.