15 may 2012 14:47

Nicat Rəhimov dünya dördüncüsü oldu

Qvatemalanın Antiqua şəhərində gənclər arasında ağır atletika üzrə dünya çempionatında ikinci ağırlıqqaldıranımız da körpücük üzərinə çıxıb. Azerisport.az xəbər verir ki, Nicat Rəhimov 77 kq çəki dərəcəsində mübarizə aparıb.
 
Birdən qaldırma hərəkətində 148 kq-ı başı üzərinə qaldıran Nicat, bu nəticə ilə 5-ci yeri tutub.
 
2010-cu ildə Yeniyetmələr arasında ilk Olimpiya çempionumuz təkanla qaldırma hərəkətində daha uğurlu çıxış edib. Üç yanaşmanın sonunda 185 kq-ın öhdəsindən gələn Rəhimov, bu hərəkətdə bürünc medal qazanıb.
 
Toplamda 333 kq (148+185) ilə dünya 4-cüsü olan Nicata, medalçılar sırasına qoşulmaq üçün cəmi 3 kq çatmayıb.
 
S/s Adı Doğulduğu il Milliyyəti Çəkisi Qrup Birdən Təkanla Toplam
1 XOMYAKOV Dmitri 31.05.1992 RUS 76.68 A 155 187 342
2 QUO Jimin 02.06.1993 CHN 76.94 A 160 180 340
3 MATA Andres 11.11.1992 ESP 76.17 A 150 186 336
4 RƏHİMOV Nicat 13.08.1993 AZE 74.17 A 148 185 333
5 BEQALIEV Muhammad 21.04.1992 UZB 74.44 A 149 182 331
6 GETTS Viktor 24.02.1994 RUS 75.91 B 148 182 330
7 MARTASIDIS Antonis 14.06.1992 GRE 76.20 A 140 175 315
8 PENA Juan 15.12.1992 DOM 74.35 B 138 174 312
9 ZAREI Abbas 13.09.1992 IRI 76.32 B 135 169 304
10 REJEPOV Rejepbay 23.02.1992 TKM 74.54 B 133 162 295

 

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.