16 aprel 2012 11:52

“Bunun üçün daha çox çalışmaq lazımdı”

Antalyadakı ağır atletika üzrə Avropa çempionatı başa çatdı. Azerisport.az xəbər verir ki, yarışın son günündə milli komandamızdan Yuliya Dovqal körpücük üzərinə çıxdı. Çəkisi 75 kq-dan yuxarı olan qadınların mübarizəsində bürünc medala sahib çıxan idmançımızın Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsini təqdim edirik.
 
- Avropa çempionatının bürünc medalçısı oldun. Hisslərini bizimlə bölüşə bilərsənmi?
- Təbii ki, bu nəticəyə görə çox şadam. Avropa çempionatında medal qazanmaq xoş hisslərdir. Ancaq qarşıda Olimpiada var. Yaxşı başa düşürəm ki, qaldırdığım çəkilər Londonda medal üçün yetərli olmayacaq. Bunun üçün daha çox çalışmaq lazımdır. Bütün gücümü ortaya qoyacam ki, nəticələrimi daha da yaxşılaşdırım və Olimpiya medalı qazanım.
 
- Bu çempionatda bizi bir milli komanda olaraq medallarla yanaşı Olimpiadaya lisenziya da maraqlandırırdı. Sənin üçün hansı daha vacib idi?
- Hər ikisinin öz əhəmiyyəti var. Hər hərəkətin ilk yanaşmasında əsasən lisenziyanı düşünürdüm. Bunlar uğurlu olunca, özümə – yəni medalların qazanılmasına kökləndim. Hər iki işin öhdəsindən gəldiyimə görə çox şadam.
 
- Sənə azarkeşlik edən, dəstək verən insanlara demək istədiyin bir söz vardırmı?
- Burada mənimlə birlikdə olan, həmçinin kənardan hər cür mənəvi dəstəyini əsirgəməyən hər bir kəsə minnətdaram. Azərbaycana və onun xalqına mənə inandığına və bu nəticələrə nail olmağıma şans yaratdığına görə təşəkkür edirəm. Xüsusilə, federasiyamızın prezidenti, cənab Cahangir Əsgərova da ayrıca çox sağ ol deyirəm. O, bizim bu yarışa ən yaxşı şəkildə hazırlaşmağımız üçün hər şəraiti yaratmışdı. Mənə edilən etimadları doğrultmağa çalışacam.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.