13 aprel 2012 14:22

“İnana bilmirəm ki, Avropa çempionu olmuşam”

Azerisport.az sizi Türkiyənin Antalya şəhərində keçirilən Ağır Atletika üzrə Avropa çempionatında qızıl medala layiq görülən Əfqan Bayramovun Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsi ilə tanış edir.
 
- Karyeranda ilk dəfə Avropa çempionu oldun. Təəssüratlarını bizimlə bölüşə bilərsənmi?
- Təəssüratlarım çox yaxşıdır. Çünki bu nəticəyə neçə illərdir ki, can atırdım. Hər gün çalışır, məşqlər edirdim, ancaq hər dəfə nəsə çətinliklə üzləşir, nəsə alınmırdı. Odur ki, bu qələbə mənim üçün çox əzizdir. Avropa çempionu olacağımı gözləmirdim. Ona görə də, bu qədər sevincliyəm. Həqiqətən də böyük əziyyət və səbr hesabına qazanılan qələbədir. Məşqçim də mənim bu nəticəyə çatmağım üçün çox çalışıb, həm o həyəcan keçirib, həm mən.
 
- Yəqin ki, bura gəlməzdən əvvəl çempionluğa ümid etmirdin…
- Avropa çempionatında medal qazanmaq istəyirdim. Sona qədər mübarizə aparıb, ən azı bürünc medal əldə etmək niyyətindəydim. Buna da hazır idim. Düzdür, hər bir idmançı çempionluğu istəyir. Ancaq aza qane olmaq lazımdır ki, çox da gəlsin.
 
- Qələbənin bu qədər vaxtdan sonra gəlməsi onun dəyərini birə-iki artırır…
- Çox şirindir bu qələbənin dadı. Gözləmədiyim, indiyə qədər keçirmədiyim hissləri indi yaşayıram. İnanılmaz hisslərdir. Hələ də inana bilmirəm ki, mən Avropa çempionu olmuşam.
 
- Yarışın özü barədə də danışaq. Belə ki, birdən qaldırma hərəkətində 7-ci oldun. Təkanla qaldırma hərəkətinə başlamazdan əvvəl medal şansının da əldən getdiyini düşünmədin ki?
- Yox. Özümü sona qədər mübarizə aparmağa kökləmişdim. Təkanla qaldırma hərəkəti mənim güclü tərəfimdir və burada nəyəsə nail olacağıma əmin idim. Özüm-özümə deyirdim ki, heç olmasa, mükafatçılar sırasında yer alacağam. Buna ürəkdən inanırdım. İdmanda hər şey olur: udmaq da var, uduzmaq da. Ancaq mən ümidimi kəsməmişdim.
 
- Səni dəstəkləyən insanlara demək istədiyin bir söz varmı?
- Hamıya təşəkkür edir, çox sağ ol deyirəm. İdmansevərlərimizin, xalqımızın dəstəyini üzərimdə hiss edirdim. Burada Azərbaycanı təmsil etdiyimi bilirdim və bu, mənə əlavə məsuliyyət verirdi. Etimadı doğrultduğuma görə sevinirəm. Mən “Neftçi İdman Sağlamlıq Mərkəzi”nin sədri Sadıq Sadıqova, Azərbaycan Ağır Atletika Federasiyasının prezidenti, cənab Cahangir Əsgərova, onun ətrafında olan insanlara, klubumuzun direktoru İsgəndər Əsgərova, eləcə də Azərbaycan Gənclər və İdman Naziri Azad Rəhimova mənə verdikləri dəstəyə görə təşəkkürlərimi bildirirəm. Həmçinin ölkə başçımız, Milli Olimpiya Komitəsinin prezidenti, cənab İlham Əliyevə Azərbaycanda idmana yaratdığı şərait, göstərdiyi qayğıya görə minnətdaram. Çünki onun bizlərə belə dəstəyi olmasaydı, Azərbaycan idmanı belə inkişaf etməzdi.
 
- Ümid edirik ki, qələbələrin davamı gələcək…
- Bunun üçün əlimdən gələni edəcəm. Qarşıda bizi Olimpiada gözləyir. Məşqlərimə ara verməyəcəm, çalışmalarımı artıracam ki, daha böyük nailiyyətlər qazanım. Qoy, bu qələbə axırıncı yox, axarıncı olsun!

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.