12 aprel 2012 15:54

“Xristov rekordumu qırsa, sevinərəm”

Azerisport.az sizi ağır atletika üzrə üçqat Olimpiya, 5 qat dünya və 9 qat Avropa çempionu, canlı əfsanə Halil Mutlunun Azərbaycan Ağır Atletika Federasiyasının rəsmi saytına müsahibəsi ilə tanış edir.
 
- Turnirin təşkilatçılığı haqda nə deyə bilərsiniz?
- Məncə, hər şey qaydasındadır. Nəzərə alsaq ki, bu il Olimpiada ilidir, turnirin iştirakçı sayını da qənaətbəxş hesab etmək olar. Yarış yaxşı səviyyədə təşkil olunub. Düzdür, xırda çatışmazlıqlar da ola bilər. Ancaq bunlar təbii şeydir. Bu haqda fikri qonaqlarımız daha yaxşı deyə bilər. Mənim fikrimcə, hər şey yaxşıdır. Türk qonaqpərvərliyimizi bütün qonaqlarımıza göstərməyə çalışırıq. Medallar uğrunda mübarizə isə sona qədər davam edir. 53 kq çəki dərəcəsində qadınların mübarizəsinə şahidlik etmək xoş idi. Sona qədər birdən-birə 8 idmançı medal şansını saxlayırdı. Böyük zövq verən yarış izləyirik.
 
- Yarışlar demişkən, bizim idmançımız Valentin Xristov qızıl medal qazandı. Nəzərə alaq ki, o, vaxtilə sizin çıxış etdiyini çəkidə mübarizə aparır, onun haqqında nə deyə bilərsiniz?
- Çox istedadlıdır. Bu, aşkar görünür. Gənc olmasına baxmayaraq, çox güclüdür. Həm də ki, uzun illərdir, bu çəkidə Olimpiadalarda Avropanı təmsil edən idmançı yox idi. Bizim qitədən olan birisinin belə uğurla çıxış etməsi çox gözəldir. Xristov London Olimpiadasında çinliləri çox narahat edəcək.
 
- Valentinin medal şansını necə qiymətləndirirsiniz?
- O, medalı artıq təmin edib. Buna əmin ola bilərsiniz. Qalır o medalın əyarını öyrənmək. Qızıl, gümüş və bürünc olacağını deyə bilmərəm, ancaq medal alacağı dəqiqdir. Mən belə düşünürəm. Buradakı çıxışını izləyəndə görünür ki, hazırkı nəticələri rahat qazandı və hər yanaşmasına azı 5 kiloqram da əlavə edə bilər.
 
- O, gənclər arasında Avropa rekordlarını yenilədi. Deyəsən, növbədə sizin rekordlarınızdır…
- İnşallah! Bu, gec-tez olacaq. Yaşayarıq, görərik. Təbii ki, bir rekord sahibi kimi deyə bilərəm ki, mənim üçün bu nə qədər gec baş versə, bir o qədər yaxşıdır.
 
- Yəni, Xristovu qısqanmırsız…
- Xeyr. Bu idmandır. Yenmək də var, yenilmək də. O, gəncdir, hələ böyük qələbələri qabaqdadır. Rekordumu da o qırarsa, onun adına sevinərəm. Xristova uğurlar arzulayıram.

Похожие новости

Ağır atletika 12 sentyabr

Səbinə Əzimova ikiqat Avropa çempionu oldu!

Polşanın Novı Tomısl şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə qızlar və oğlan atletlər arasında Avropa birinciliyi davam edir
Ağır atletika 17 iyul

Sərdar Həsənov: Bu xəbəri eşidəndə şoka düşdüm

Ağır atletika yığmamızda sonuncu dopinqə düşən idmançı Sərdar Həsənov (69 kq) oldu.
Ağır atletika 12 iyul

Ağır atletika üzrə yığma komandaların baş məşqçiləri bəlli oldu

İyulun 8-də Xırdalanda ağır atletika yığmalarının əsas təlim-məşq bazasının yerləşdiyi AAAF Park Yaşayış Kompleksinin konfrans zalında federasiyanın rəhbər heyəti – Azərbaycan Ağır Atletika Federasiyasının (AAAF) baş katibi Rizvan Rəsulov, vitse-prezident Ruslan Xanverdiyev və böyük məşqçi Tofiq Heydərov ilə məşqçilər arasında növbəti yığıncaq keçirilib
Ağır atletika 04 iyul

Ağır Atletika Federasiyası arbitraj məhkəməsinə üz tutdu

Azərbaycan Ağır Atletika Federasiyası (AAAF) Beynəlxalq Ağır Atletika Federasiyasının (IWF) ölkəmizin olimpiya lisenziyalarından məhrum edilməsi barədə qərarına İdman Arbitraj Məhkəməsində etiraz edilməsi məsələsini müzakirə edir.
Ağır atletika 23 iyun

IWF Azərbaycanın Rio-2016-ya iki lisenziyasını ləğv etdi

Beynəlxalq ağır atletika federasiyası (IWF) bu idman növü üzrə Rio-2016-ya vəsiqə qazanmış bəzi idmançıları lisenziyasından məhrum edib.
Ağır atletika 21 iyun

AAAF islahatlara başladı: yeni vitse-prezident, baş katib və baş məşqçi!

Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərovun əmri ilə Ruslan Xanverdiyev Azərbaycan Federasiyasının yeni vitse-prezidenti, Rizvan Rəsulov - baş katib, Tofiq Heydərov isə Azərbaycan yığmasının baş məşqçisi təyin olunub.
Ağır atletika 21 iyun

Ağır atletikamızda dopinq dalğası davam edir

Ağır atletikamızda dopinq dalğası davam edir.
Ağır atletika 13 iyun

Valentin Xristov: O bilə-bilə bizi dopinqə salıb

ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə dünya çempionatında bürünc medal qazanan Valentin Xristov (62 kq) dopinqə görə medalından məhrum oldu.
Ağır atletika 13 iyun

İntiqam Zairov: Məncə burada siyasət rol oynayır

Ağır atletika yığmamızın cəzalanan idmançılarından biri də İntiqam Zairovdur.